K.Nurullayeva: “Qərb üçün Paşinyan hərbi xunta rejiminin rəhbərlərindən heç nə ilə fərqlənmir”
MÜSAHİBƏ / 18.08.2020 20:33
"BBC nin "Hard Talk” (Çətin söhbət) proqramında Nikol Paşinyanın acınacaqlı duruma düşməsi ilk növbədə siyasətçi kimi onun qeyri- peşəkarlığının göstəricisidir. Üstəlik, bu, Paşinyanın hökumət rəhbəri kimi səriştəsizliyini göstərən ilk tribuna deyil. Bu vaxta qədər məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birgə iştirak etdiyi ən nüfuzlu platformalarda da Paşinyan dalana dirənmiş vəziyyətdə məhz ölkəsinin işğalçılıq siyasəti ilə bağlı heç bir tutarlı arqument səsləndirə bilməyib. Hətta savadsızlığı ucbatından özünü ifşa edib. Paşinyan Münxen konfransındakı fiaskosunu növbəti dəfə təkrarladı”.
carciTV xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Onun sözlərinə görə, Paşinyan üçün BBC-nin "Hard talk”u həqiqətən çətin oldu:
"Bu, bir daha onu göstərdi ki, Paşinyan hələ siyasətçi kimi formalaşmayıb. Digər tərəfdən, Paşinyan elə bir ölkəni təmsil edir ki, o, istənilən tribunada Ermənistanın işğalçı mahiyyətinin hesabatını verməyə məcburdur.
Burada ən vacib məqam aparıcının Paşinyanı konkret faktlarla ittiham etməsi idi. Məsələn, yarıtmaz baş nazirin populistcəsinə "Qarabağ Ermənistandır” kimi absurd iddiasının Azərbaycana qarşı açıq təxribat olduğunu BBC-nin jurnalisti S.Sakur da Paşinyana xatırladır. Bununla Qarabağın Ermənistana aidiyyatının olmadığı dünya ictimaiyyətinin də diqqətinə çatdırıldı. Paşinyan açıq etiraf etdi ki, münaqişə başlanan zaman Dağlıq Qarabağ əhalisinin 18 faizi erməni olub. Amma ziddiyyətli məqam budur ki, o, sülh danışıqlarının formatına zidd olaraq, israrla "Artsax xalqı” ifadəsini səsləndirir və 18 faizlik toplunun öz müqəddəratını təyinetmə prinsipindən danışır. Yəni, Paşinyanın özü-özünü təkzib etmə faktları kifayət qədərdir. Eyni zamanda Ermənistan baş nazirinin "inqilab” zamanı verdiyi vədlərin heç birini yerinə yetirməməsi, onun sülh çağırışlarının sadəcə, imitasiya olduğu, "COVİD-19”la mübarizədə regionda ən acınacaqlı durumun məhz Ermənistanda müşahidə edildiyi kimi vacib məqamların vurğulanması, bir sözlə sualların xarakteri də göstərdi ki, artıq Qərb də Paşinyanı ciddi fiqur kimi qəbul etmir. Hətta bu gün yaranan mənzərə onu deməyə əsas verir ki, məhz Qərb üçün özünü demokrat kimi təqdim etməyə çalışan Paşinyanın vaxtı ilə xunta rejiminin rəhbəri olmuş Serj Sarkisyandan heç bir fərqi yoxdur”.
Oxunub: 1169
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim