Ordumuz niyə Qarabağı azad edə bilmir? - Səfər Əbiyev SİRLƏRİ AÇDI
MÜSAHİBƏ / 18.08.2020 20:57
AZSABAH.COM xəbər verir ki, keçmiş müdafiə naziri general-polkovnik Səfər Əbiyev açıqlamasında Silahlı Qüvvələrimizin indiyədək işğalçını niyə torpaqlarımızdan qovub çıxara bilməməsi səbəblərinə aydınlıq gətirib:
"Azərbaycanın Tovuz rayon istiqamətində erməni silahlı bölmələrinin dövlət sərhədimizi qəflətən ağır silahlarla atəşə tutması regionda hərbi-siyasi vəziyyəti kövrək duruma gətirib çatdırdı. Üç gün davam edən şiddətli döyüşlərin geniş müharibəyə çevrilmə ehtimalı yüksək idi. Sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrimizə artilleriya qurğularından açılan atəşlər müəyyən narahatlıqlar yaratsa da, peşəkar döyüş ruhuna malik olan Azərbaycan ordusunun layiqli və kəskin cavabından sonra düşmən tərəf təcavüzünü dayandıraraq geri çəkilməyə məcbur oldu. Növbəti həmlələr olacağı təqdirdə düşmənin ordumuz tərəfindən daha ağır zərbələr alacağı qaçılmaz olacaq. Ermənistanın quldur hakimiyyəti və işğalçı ordusu Azərbaycan SQ-nin şiddətli əks hücum zərbələrini bəlkə də heç ağlına gətirmirdi. Lakin qəhrəman əsgərimiz ona öz yerini göstərdi. Mən burada bir haşiyə çıxmağa lüzum görürəm. Uzun illər həm rəhmətlik Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusuna rəhbərlik etdiyim zamanlardan əsgər və zabitlərimizin hərbi bilik və döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu görmüş və bu ordu ilə həqiqətən fəxr duymuşam. Ordu çox həssas bir qurumdur. Müasir silahları idarə etmək üçün savadlı və hərbi biliklərə yiyələnmiş zabit korpusunun yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu mənada qabaqcıl dünya ordularından heç də geri qalmayan ordu kadrlarımızın ərsəyə gəlməsində, yeni və digər təkmilləşdirilmiş ağır silahları nizamlaya biləcək müasir hərbi savad və qabiliyyəti ilə seçilən zabitlərimizin hərbi idarəetməyə cəlb edilməsində problemlər çoxdan arxada qalmışdır. Sual verilə bilər ki, bəs belə güclü ordu işğalçıya niyə layiq olduğu yeri göstərə bilmir? Öncə deyim ki, Ali Baş Komandanın rəhbərliyi ilə bu xoşbəxt günü görmək hamımıza qismət olacaq. Əgər düşmənin arxasında dayanan havadarı geri durarsa, qısa müddətdə onu diz çökdürməyə qadir ordumuz vardır. Buna heç kimin şübhəsi olmasın".(carciTV.az)
Oxunub: 1154
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim