Dövlət başçısı tərəfindən verilən qərarlar insanların firavanlığını təmin edir
MÜSAHİBƏ / 20.08.2020 17:18
Dövlət başçısı tərəfindən verilən qərarlar insanların firavanlığını təmin edir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib. Azərbaycan öz daxili siyasətində insan amilinə prioritet istiqamət verməklə həm iqtisadi, həm sosial və həm də siyasi proseslərdə önəmli mövqe qazanıb. Prezident İlham Əliyevin "Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalaması Azərbaycan vətəndaşı üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin görülməsi istiqamətində atılan növbəti addımlardan biridir. Ötən 17 il ərzində həyata keçirilən bütün islahat və layihələrdə, bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir. Azərbaycan Prezidenti ölkə həyatının bütün sahələrini daim nəzarətdə saxlayır, vaxtaşırı bölgələrdə olur, yerlərdə qarşılaşılan mövcud problemlərin həlli üçün tədbirlər görülməsini reallaşdırır. Burada diqqətçəkən məqam, həm də odur ki, dövlət başçısı ölkədə baş verən ekstremal proseslərə də hər zaman çevik münasibət bildirir, hadisə yerində olur, insanlarla görüşür, onların qayğıları, problemləri ilə dərindən maraqlanır, çətinliklərin aradan qaldırılması məqsədilə müvafiq dövlət qurumları rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verir. 2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçması, 2005-ci ilin iyununda metronun "İçərişəhər” stansiyasının eskalatorunda nasazlıq yaranması, həmin ilin dekabrında təyyarə qəzası baş verməsi, 2007-ci ilin avqustunda Yasamalda hündürmərtəbəli binanın dağılması, 2010-cu ilin mayında Sabirabad və Saatlı rayonlarında Kür çayında suyun həcminin normadan xeyli artması səbəbindən ciddi fəsadlarla qarşılaşılması, 2012-ci ilin mayında respublikanın şimal-qərb bölgəsində zəlzələ zamanı dövlətimizin başçısı qeyd etdiyim hadisələr vaxtı zərərçəkənlərlə şəxsən görüşmüş, həlak olanların yaxınlarına, yaralananlara mənəvi dəstək göstərmiş, vətəndaşlara zəruri yardımlar edilməsi barədə göstərişlər vermişdir. Eyni zamanda ötən ilin fevralın 7-də baş vermiş zəlzələ nəticəsində cənab Prezidentin Şamaxı rayonuna getməsi, bölgədə baş verən zəlzələdən sonra təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olması, zərərçəkən vətəndaşlarla görüşləri, söhbətləri, müvafiq qurumların rəhbərlərinə verdiyi tapşırıqlar bir daha göstərdi ki, cənab İlham Əliyev xalqa əsl xidmət nümunəsi göstərərək, insanların daim yanındadır, onların problemlərinə, qayğılarına həssas münasibət bəsləyir. Əlbəttə, bütün bunlar cənab İlham Əliyevin təkcə insanların xoş günlərində deyil, həm də çətin, ağır vəziyyətlərində yanlarında olmasının, onların kədərlərini bölüşməsinin, baş verən hadisələrin nəticələrinin tez bir zamanda aradan qaldırılmasının ifadəsidir. Anar MƏMMƏDOV Milli Məclisin deputatı
Oxunub: 1111
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim