Abel Məhərrəmovun var-dövləti açıqlandı - SİYAHI
REPORTAJ / 25.08.2020 22:49
Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən çıxarılandan sonra "kölgəyə” çəkilən akademik Abel Məhərrəmov yenidən diqqət mərkəzinə gəlib.
carciTV Yenisabah.az-a istinadla xəbər verir ki, keçmiş rektor Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiyinə və onun şəninə sağlıq dediyinə görə müzakirə mövzusuna çevrilib.
Bəzi məlumatlara görə, Abel Məhərrəmov təkcə cərimə cəzası ilə yaxasını kənara çəkə bilməyəcək. Onun hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılacağı, hətta rektor olduğu dönəmdə topladığı varidata əl qoyulacağı iddia olunur. Keçmiş rektorun sərvətinə gəlincə, hələ illər öncə mediada bu barədə yazılıb və bəlli olub ki, akademik vəzifədə olduğu illər ərzində özünə biznes imperiyası qurub. Onun olduğu iddia edilən biznes strukturların siyahısını təqdim edirik. Məlumat üçün deyək ki, bu siyahını bir neçə il əvvəl siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov yaymışdı. 1. "El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib. 2. "Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596) 3. "İzabella” şadlıq sarayı, Bakıda "Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür. 4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür. 5. "Sahil” ticarət mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi) Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı: 1. "Lamborghini” 2. "Bentley” 3. "Porsche Cayenne” 4. "Land Rover” 5. "Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür) 6. "Audi Q7” 7. "Audi Q8” (Son model, qiyməti 450 min avro) 8. "Mercedes Geländewagen” (qiyməti 250 min avro) 9. "BMW X6” (son model - qiyməti 200 min avro) 10. "BMW -760” (qiyməti 400 min avro) Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı: 1. Binəqədidə Vorovski deyilən ərazidə 2 villa; 2. Quba rayonunda 1 villa; 3. Xızı rayonunda 1 villa; 4. Nabranda 1 villa; 5. Şüvəlan qəsəbəsində 1 villa; 6. Mərdəkan qəsəbəsində 1 villa; 7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa; Şərifzadə küçəsində yerləşən ev. - Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçası. - 8-ci mikrorayonda daha bir restoranı - N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.
Oxunub: 1564
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim