Mehriban Əliyeva: "Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir” Ad gününüz mübarək, əziz Mehriban Əliyeva
NƏŞR / 26.08.2020 00:55
Mehriban Əliyeva: "Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir”
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi qurumun fəaliyyətininəsas istiqamətini, ölkəmizdə və beynəlxalq aləmdə gördüyü işlərin mahiyyətini də xoş məram, xoş niyyət təşkil edir.Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır.İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli qurumdur. Ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanmışdır.Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çoxcəhətli fəaliyyətinə görə bir sıra nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına layiq görülmüşdür. Son dövrdə Azərbaycan cəmiyyətinin həyatına və dilimizin lüğət tərkibinə daxil olan "birinci xanım”, "Xoşməramlı səfir” məfhumları bilavasitə Mehriban xanımın adı ilə bağlıdır. Əminik ki, Azərbaycanın birinci xanımının həyatında belə "ilk”lər bundan sonra da olacaqdır.Mehriban xanım 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət nümunələrinin xarici ülkələrdə təbliğini dəstəkləmək.Kollegial demokratik seçim ənənələri ilə idarə edilən dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları Mehriban xanıma "Xoşməramlı səfir” adını verərkən, dəfələrlə vurğulandığı kimi, ilk növbədə, onun realfəaliyyətini, nəcibliyini, xeyirxahlığını və bir çox mənəvi keyfiyyətlərini nəzərə almışlar.Mehriban xanım Əliyevanın bu adlara layiq görülməsini şərtləndirən işlərə onun birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş, yaxud reallaşmaqda olan layihələrə, proqramlara qısa nəzər salaq. Məhz bu proqram və layihələr onun prezidenti olduğu Heydər Əliyev Fondunu beynəlxalq miqyasda ən nüfuzlu qeyri-hökumət qurumlarından biri kimi tanıdır.Azərbaycanda birinci xanım olaraq Azərbaycan mədəniyyəti və incəsənətini dünyada təbliğ edir, ölkənin beynəlxalq imicinin formalaşması işinə önəmli töhfələrini verir, eyni zamanda səriştəli diplomatolaraq ölkəmizi bir çox mötəbər beynəlxalq toplantılarda uğurla təmsil edir. Mehriban Əliyeva Heydər Əliyevin adını daşıyan və onun özü kimi əzəmətli olan amallara xidmət edən fond vasitəsilə xeyriyyəçilik missiyasının daşıyıcısıdır.Heydər Əliyev Fondunun fəaliyyəti fəlsəfəsi bir ideya və amala söykənir: yaxşılıq! Son illər Heydər Əliyev Fondunun dövlət və milli maraqlar baxımından müstəsna çəkili layihələrin uğurla gerçəkləşdirilib cəmiyyətin etimadını qazanmasında istisnasız olaraq Mehriban xanım Əliyevanın yüksək işgüzarlığı və enerjisi, habelə daxilindən gələn insanpərvərlik hisslərinin mühüm rolu olub. Bütün bu layihələrin əsasında Azərbaycanın milli genefondunun qorunub saxlanması vəzifəsi dayanır. Həcminə görə respublikamızda analoqu olmayan "Azərbaycan” informasiya portalının yaradılması, "Yeniləşən Azərbaycanayeni məktəb”, "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə” layihələr, "Qarabağ xanəndələri” adlı diskin buraxılması, "Qarabağ həqiqətləri” kitabının ərsəyə gəlməsi Mehriban xanımın həyatımızın ən müxtəlif sahələrinə qayğı və himayəsinin, ən əsası isə bu sferalardakı problemlərin həllinə nail olmaq istəyinin əyani təcəssümüdür.Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan "Muğam-irs”, "Muğam-Dəstgah”, "Muğam-internet”, "Muğam Dünyası”, "Muğam Mərkəzi” layihələri silsiləsindən "Muğam-irs” layihəsi çərçivəsində "Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr olunmuşdur. Albomda 24 muğam ustasının ifasında səslənmiş muğamlar toplanmışdır.Musiqi albomu həm də Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır. 2005-ci ilin martında Parisdə UNESCO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında "Qarabağ xanəndələri” albomunun təqdimatı olmuşdur.Fondun təşəbbüsü ilə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir.Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəziinşa edilmiş və ötən ilin sonlarında istifadəyə verilmişdir.2006-cı ilin oktyabrında UNESCO-da Azərbaycan günləri keçirilərkən UNESCO-nun baş direktoru Koişiro Matsuura çıxışına belə bir fikirlə başladı ki, bu gün burada məndən əvvəl Azərbaycan Respublikasının birinci xanımı ingilis dilində mətndən istifadə etmədən elə çıxış etdi ki, onun nümunəsini bir də təkrar etmək qeyri-mümkündür. Parisdə UNESCO-nun əsas iqamətgahının qurumunxoşməramlı səfirlərinin ənənəvi illik hesabat yığıncağında isə K.Matsuura demişdir:"Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq yaranmışdır”.Qeyd etmək lazımdır ki, bu tədbir çərçivəsində Azərbaycanın birinci xanımının Fransada və digər yüksək səlahiyyətli şəxslərlə görüşləri Mehriban xanımın artıq ölkə xaricindən kənarda da ciddi qəbul edilən şəxsiyyətinə, beynəlxalq əhəmiyyətli ictimai fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür. İordaniya şahzadəsi xanım Firyal deyir: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz ölkəsində və bütündünyada bir çox xeyriyyə işlərinin həyata keçirilməsi məqsədilə yorulmaz fəaliyyət göstərir. Birinci xanım olduqca qısa müddət ərzində böyük nailiyyətlər əldə etmişdir”.Mehriban xanım Azərbaycan qadını adını ən mötəbər məclislərdə ucaldır, ona şərəf və şöhrət gətirir."İstər UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onlarınheç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir”—deyən Mehriban Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla uğurlu bir yoldadır.Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun geniş fəaliyyəti haqda yazımızın sonunda bunu söyləyə bilərik:Məhəmməd Peyğəmbərimizin fikridir: insanlar arasında ən dəyərlisi insanlar üçün ən çox xeyirli iş görənlərdir.Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə saldığımız qısa nəzər onun məhz belə insanlardan olduğunun bariz sübutudur. Və biz ölkəmizin birinci xanımı ilə fəxr edirik.
Rahib KƏRİMLİ.Respublika.-2014.- 28 avqust.- S.4.
Oxunub: 559
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim