Ramiz Mehdiyev daha bir VƏZİFƏSİNİ İTİRDİ
RƏSMİ / 27.08.2020 01:50
"Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi Prezidentin sərəncamı ilə müəyyənləşir. Buna uyğun olaraq, Prezident Administrasiyasının rəhbəri kimdirsə, komissiyanın sədri vəzifəsini də həmin şəxs daşıyır”.
carciTV xəbər verir ki, bu sözləri Modern.az-ın Əfv Məsələləri üzrə Komissiyanın tərkibi haqqında sorğusunu cavablandırarkən qurumun üzvü, "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev sosial şəbəkələr və bəzi KİV-lərdə Ramiz Mehdiyevin hələ də Əfv Məsələləri üzrə Komissiyanın sədri olduğu haqda yazılanları şərh edib. O qeyd edib ki, Administrasiyanın rəhbəri dəyişdiyinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sədri də dəyişib: "Artıq Administrasiyanın yeni rəhbəri Samir Nuriyev Əfv Məsələləri üzrə Komissiyanın sədri vəzifəsini daşıyır. Sadəcə, prosesin texniki tərəfləri həyata keçirilməmiş qalıb. Komissiyanın tərkibinin formalaşdırılması ölkə başçısının müvafiq sərəncamı ilə həyata keçirilir. Sərəncamda dəyişiklik edilməsi, komissiyanın üzvlərinin müəyyənləşdirilməsi və bunun President.az saytında əks olunması texniki məsələdir və tezliklə həllini tapacağına inanıram. Komissiyanın tərkibində olan bəzi şəxslər vəzifəsini dəyişdiyi üçün buradakı fəaliyyətlərinə də xitam verilib. Məsələn, keçmiş daxili işlər naziri kimi Ramil Usubov komissiyanın üzvü idi. Artıq həmin vəzifədə Vilayət Eyvazov olduğu üçün komissiyanın da üzvü o olmalıdır. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Mədət Quliyev də artıq bu vəzifəni daşımır. O, komissiyanın tərkibindən çıxarılmalı, yerinə DTX-nın yeni rəisi Əli Nağıyev əlavə edilməlidir. Yeni vəzifələrə uyğun komissiyanın tərkibi müəyyən olunacaq. Yəqin ki, yaxın vaxtlarda komissiya tam tərkibdə cəmiyyətə təqdim olunacaq. Hazırda hüquqi əsaslara görə, Ramiz Mehdiyev Əfv Komissiyasının sədri deyil. Qeyd etdiyim kimi texniki məsələlər tezlikdə həllini tapacaq”. Ə.Nuriyevin sözlərinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sonuncu iclası ötən il olub: "Əfv etmək Prezidentin müstəsna səlahiyyətidir. Komissiya isə yardımçı funksiyaları, prosedur məsələləri həyata keçirir. Komissiyanın iclası koronovirus pandemiyası səbəbindən gecikir. Bu, elə məsələdir ki, onlayn həyata keçirmək o qədər də asan deyil. Əfv məsələsi ilə bağlı canlı müzakirələr aparılmalıdır. Bəzən olur ki, bir əfv sərəncamının həyata keçirilməsi üçün on günlərlə iclas keçiririk. Mövcud şərtlərə görə, komissiyanın iclasları saxlanıb”.
Oxunub: 602
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim