Semaşkoda ciddi yoxlamalar aparılır: Cinayət işi…
CANLI TV / 28.08.2020 19:21
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) ciddi yoxlamalar aparılır.
carciTV mediapost.az-a istinadən xəbər verir ki, araşdırma bu ilin iyul ayında Ramin Bayramlının müvafiq əmri ilə vəzifəsindən azad olunan Semaşkonun sabiq direktoru Ədalət Dadaşovun rəhbəri olduğu dövr üçün aparılır.
İlkin araşdırma zamanı ciddi pozuntular da aşkar edilib.
Artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kliniki Tibbi Mərkəzinin (Semoşka) keçmiş direktoru Dadaşov Ədalət İmamcan oğlu barəsində də araşdırma aparır və cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Semaşkoda yoxlamaların keçirildiyini təsdiqləyib: "Semaşkoda Ekspert İşçi Qurupunun monitorinqləri keçirilir və uyğun işlər qiymətləndirilir. Digər səhiyyə müəssisələrimizdə də mütəmadi olaraq bu cür monitorinqlər davamlı olaraq aparılır. Semaşkoda korrupsiya faktı ilə bağlı mən heç nə deyə bilməyəcəm. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edin”. TƏBİB rəsmisi Ədalət Dadaşovun rəhbər olduğu dövrdə işində ciddi nöqsanların olduğunu da təsdiqləyib: "Təbii ki, rəhbərlik durduğu yerdə dəyişilmir. Demək ki, işində yol verdiyi nöqsanlara görə, bu qərar verilib”. Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə 2016-cı ildə Semaşkoya direktor təyin edilmiş Ədalət Dadaşov KİV-də xəstələri pulsuz müalicə edirik fikri ilə gündəmə gəlmişdi.
Oxunub: 452
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim