Rusiya səhvini anladı: Azərbaycana tam dəstək
XƏBƏR / 28.08.2020 22:51
"Sergey Şoyqunun Bakı səfəri göstərdi ki, Rusiya Azərbaycanla istər hərbi, istərsə də digər sahələrdə əməkdaşlıq etməyə maraqlıdır və arada olan müəyyən soyuqluq onları narahat edir".
"carciTV" bildirir ki, bu sözləri redaktor.az-a politoloq Tofiq Abbasov Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakı səfərini şərh edərkən deyib:
"Qonşuluq və müttəfiqlik siyasətində əlbəttə ki, müəyyən qədər gərginlik, narazılıq və problemlər yaşanır. Bununla bağlı tərəflərin vaxtaşırı yüksək səviyyədə qarşılıqlı görüşləri, səfərləri baş tutur. Bu görüşlərdə yaranmış problemlər, gərginliklər müzakirə edilir və həllinə dair təkliflər irəli sürülür. Əslində Azərbaycan tərəfi istər Tovuz hadisələrində, istərsə də ondan sonrakı müddətdə Rusiyaya qarşı hər hansı bir addım atmayıb. Lakin biz Rusiyanın strateji tərəfdaşlığa zid, təhlükəli hərəkətlərinin şahidi olduq. Bu da sadə məsələ olmadığı üçün dövlət başçısı İlham Əliyev həmkarı V. Putinə müraciət etdi və bütün narazı məqamları onun diqqətinə çatdırdı. Həmin telefon zəngindən sonra Rusiya Müdafiə naziri Serqey Şoyqu Azərbaycana səfər etdi və ölkə başçısı ilə görüşdü. O, Prezident İlham Əliyevlə görüşündə ölkəsinin atdığı addımların səhv olduğunu və bundan sonra Rusiyanın Azərbaycanın maraqlarına toxunan, ərazi bütövlüyünü şübhə altına atan hər hansı bir addımın atılmasına imkan verməyəcəyini bildirdi”. Politoloq Azərbaycanın Rusiya ilə gələcəkdəki əlaqələrinin formasında dəyişiklik olacağını da deyib: "Hesab edirəm ki, keçmişlə bağlı artıq o qədər də dərinə getmək lazım deyil. Təbii ki, olanlar olub, bunu unutmaq olmaz, amma indiki məqamda daha çox irəli baxmaq lazımdır. Rusiya ilə əlaqələri elə qurmaq lazımdır ki, onlar Azərbaycanla ikili oyun oynamağın mümkün olmadığını anlasınlar". Rusiya bu günə qədər Azərbaycanla olan münasibətlərindən sui-istifadə edirdisə, bundan sonra rəsmi Bakı buna imkan verməyəcək. Azərbaycan-Rusiya münasibətləri region üçün böyük bir rol oynayır. Ümumiyyətlə, Azərbaycan indi 90-cı illərin ölkəsi deyil. Bu gün Azərbaycanın güclü ordusu, düzgün xarici siyasəti var. Bizimlə hər hansı bir ölkə müttəfiqlik etmək istəyirsə, bunu şəffaf şəkildə etməlidir”.
Oxunub: 325
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim