Mehmanxana biznesi dərin böhran keçirir!
REPORTAJ / 31.08.2020 21:05
2020-ci ilin martından tətbiq olunan sərt karantin rejimindən ən çox əziyyət çəkən fəaliyyət sahələrindən biri də mehmanxana və mehmanxana tipli müəssisələrdir. Yanvar və fevral aylarında mehmanxana xidmətindən istifadə edən müştərilərin sayı kifayət qədər olsa da mart ayından başlayaraq ciddi müştəri azlığı müşahidə edilir. Martdan sonra müştərilərin sayı davamlı azaldığından meymanxanaların aylıq gəliri bir neçə dəfə kiçilərək 15-17 milyon manatdan 3-3,5 milyon manata düşüb.
carciTV xəbər rerir ki, 2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə 642 ədəd mehmanxana və mehmanxana tipli müəssisə var.
Son 4 ildə onların sayı 94 ədəd artıb. 2020-ci ilin birinci yarısına aid olan məlumata əsasən mehmanxana və mehmanxana tipli müəssilərdə 381 min nəfər gecələyib. 2019-cu ilin eyni dövr ilə müqayisə etdikdə görürük ki, gecələyənlərin sayı 2,16 dəfə azalıb. Ötən ilin birinci yarısında 825,2 min nəfər mehmanxana və mehmanxana tipli müəssilərin xidmətindən faydalanmışdı. Mehmanxanalarda birdəfəlik tutumdan istifadə səviyyəs 7,6 faiz, o cümlədən Bakıda 11,4 faiz olub. Mehmanxanaların müştərilərinin sayının azalması həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbilərin sayında qeydə alınan azalma hesabına baş verib. Amma ölkə vətəndaşlardan fərqli olaraq mehmanxana xidmətindən istifadə edən əcnəbilərin sayında daha böyük azalma baş verib. Belə ki, ölkə vətəndaşlarının sayında 1,52 dəfə azalma qeydə alındığı halda, əcnəbilərin sayında 2,75 dəfə azalma olub. Ümumiyyətlə, mehmanxana və mehmanxana tipli müəssilərindən xidmətindən daha çox əcnəbilər istifadə edir. Bu ilin birinci yarısında 172,4 min ölkə vətəndaşı mehmanxana və mehmanxana tipli müəssilərin xidmətindən faydalanmışdırsa, həmin dövrdə 208,5 min əcnəbi xidmətlərdən bəhrələnib. Müqayisə üçün bildirək ki, 2019-cu ilin birinci yarısında 262 vətəndaşımız və 563 min əcnəbi mehmanxana və mehmanxana tipli müəssisələrinin xidmətindən istifadə edib. Yaranmış vəziyyət mehmanxana və mehmanxana tipli müəssilərin gəlirini o qədər azaldıb ki, onlar mart ayından zərərlə işləməyə başlayıblar. İlin birinci yarısında mehmanxanaların 72 milyon manat gəliri olub. Bunun 45,8 milyon manatı Bakının payına düşüb. Mehmanxanalar gəlirin 42,3 milyon manatını nömrələrin satışından, 20,6 milyon manatını iaşə xidmətlərindən,2,4 min manatını müalicə sağlamlıq xarakterli xidmətlərdən 6,7 milyon manatı digər xidmətlərdən əldə edib. Bu dövrdə mehmanxanaların xərcləri 97,2 milyon manat olmaqla gəlirdən 25,2 milyon çox olub. Xatırladaq ki, 2019-cu ilin birinci rübündə mehmanxanaların gəliri 187,7 milyon manat xərci 136 milyon manat, xalis gəliri 51,1 milyon manat olmuşdu. Mehmanxanaların xərcində daha çox paya əmək haqqı xərcləri (37,44 milyon manat), içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər (11 milyon manat), vergilər (10,85 milyon manat), bütün növ yanacaq və enerji xərcləri (6,45 milyon manat) və digər xərclər təşkil edib. Mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirinin azalması işçilərin sayının ixtisarına da səbəb olub. İlin birinci yarısında işçilərin sayı 10 848 nəfərə düşüb ki, bu da ötən ilin eyni dövründən 419 nəfər azdır. İxtisarlar bölgələrdə olan mehmanxanalarda qeydə alınıb. Bakıda isə işçilərin sayı 111 nəfər artaraq 5665 nəfərə yüksəlib. Aylar üzrə götürdükdə mehmanxanaların gəliri yanvarda 15 milyon manat, fevralda 14,7 milyon manat, martda 6,26 milyon manat, aprel, may və iyun aylarının hər birində 3-3,5 milyon manat təşkil edib. Xərclərə gəldikdə isə yanvarda 15,6 milyon manat, fevralda 14,4 milyon manat, martda 8,65 milyon manat aprel, may və iyun aylarının hər birində 6-6,5 milyon manat xərc olub. Göründüyü kimi mart ayından mehmanxanalar zərər edir. Belə davam edərsə, mehmanxanaların zərəri ilin yekununda daha böyük olacaq.
Oxunub: 367
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim