Milyardlarla dollar Azərbaycandan necə çıxarılır?
CANLI TV / 25.06.2021 12:23
Milyardlarla dollar Azərbaycandan necə çıxarılır? – TƏFƏRRÜAT
Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələ idxaldan asılılığın aradan qaldırılmasıdır. Yerli sənaye istehsalının artması, qeyri-neft sektorunun inkişafı ilə bağlı əsas məsələ idxalın əvəzlənməsidir. Ya milyardlarla vəsaitimiz əldən çıxacaq, ya da...
Valyuta.az Musavat.com-a istinadən xəbər verir ki, ilin birinci rübünün yekunlarına görə, 2,5 milyard dollarlıq idxalımız olub.
Bu, orta hesabla il ərzində 10 milyard dollarlıq idxal deməkdir və nəticə etibarilə ondan xəbər verir ki, ölkədən 10 milyard dollar vəsait xaricə gedib. Azərbaycanın idxalın azaldılması baxımından imkanları kifayət qədər genişdir.
Yəni idxalın azaldılması, sadə dildə desək, valyutanın ölkədə qalması və yerli istehsalın genişləndirilməsinə xidmət edə bilər. Nəticə etibarilə biz nə qədər az idxal ediriksə, bir o qədər vəsaitin ölkədə qalmasına nail oluruq. Çünki idxal ölkədən vəsait aparır, ixrac isə ölkəyə vəsait gətirir. Eyni zamanda idxalın azaldılması bütövlükdə qeyri-neft sektorunun inkişafı baxımından vacib hesab olunur.
Valyuta.az xəbər verir ki, "Yeni Müsavat”a açıqlamasında mövzunu dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov vurğulayıb ki, əslində bu problemi kiçik, miqyassız, sadəcə kosmetik xarakter daşıyan addımlarla həll etmək mümkün deyil:
"Xüsusilə də 2016-cı ildə qəbul olunan 12 strategiyanın icrasından sonra bu istiqamətdə ciddi mənzərə dəyişikliyinin olmaması da bunu bir daha sübut edir. Məsələ ondan ibarətdir ki, faktiki olaraq ölkədə fundamental islahatların aparılmasına ehtiyac var. Burada daha çox iqtisadiyyatın həm üfüqi, həm də şaquli istiqamətdə diversifikasiya edilməsidir. Ümumiyyətlə götürəndə, çox ciddi fundamental islahatlar qısamüddətli dövrdə əks-effekt yarada bilər. Bizim yerli istehsalçıların bir qismi öz rəqabət qabiliyyətini itirə bilərlər. Ancaq bu prosesin sonunda Azərbaycan istehsalçısı rəqabətli məhsul istehsal etmək bacarığına yiyələnə bilər. Bu rəqabətli mühit onun daha keyfiyyətli, dünya bazarına çıxa biləcək məhsul istehsal etmək və daxili bazarda da xarici məhsullarla rəqabətə cavab verəcək məhsullar təklif etməsinə gətirib çıxaracaq”.
Ekspertin fikrincə, bu baxımdan ilk növbədə Azərbaycanın xarici iqtisadi bloklara daxil olması vacib şərtlərdən biridir:

"Xüsusilə də Ümumdünya Ticarət Təşkilatı və Avropa Birliyi ilə razılaşmaların əldə edilməsi, daxili bazarın açılması, bu fonda ölkəyə ciddi həcmdə xarici investisiyanın birbaşa daxil olması imkanları yarana bilər. Bu özlüyündə yerli istehsalın genişlənməsi, həm xarici təcrübənin ölkəyə gəlməsi, həm də xarici bazarlara çıxış üçün potensial formalaşdıra bilər. Bundan başqa, bütövlükdə götürəndə biznes mühitinin şərtləri dəyişməlidir. Həm Dünya Bankının, həm Dünya İqtisadi Forumunun sahibkarlıq subyektləri arasında keçirdiyi qiymətləndirmələr, o cümlədən maliyyə əlçatanlığı məsələsi öz həllini tapmalı olan problemlərdən biridir”.
R.Həsənovun sözlərinə görə, ilkin mərhələdə yüngül sənaye və yeyinti sənayesi sahəsində idxalın qarşısını almaq mümkündür:
"Sonrakı dövrlərdə mərhələli şəkildə müəyyən irəliləyiş ola bilər, məhsul çeşidini artırmaq mümkündür. Azərbaycan həm yerli istehsalın gücləndirilməsi, həm də ixracla bağlı ciddi strategiyalar qəbul edə bilər. Həm orta müddətli - 5 illik, həm uzunmüddətli - 10 illik strategiyalar qəbul edib bunu icra etməlidir. Yerli istehsalın rəqabətliliyinin artırılmasında, maya dəyəri məsələsində müəyyən üstünlüklərin əldə edilməsində mövcud olan problemlərdən biri kimi məhz xammal əlçatanlığının artırılması, gömrük siyasətində dəyişikliklərin edilməsi, xammalın ölkəyə rüsumsuz idxalı ilə bağlı imkanların yaradılması ilə yanaşı inzibati klasterləşmə mümkün olmalıdır. Azərbaycan bazarı kiçikdir və burada bəzi məsələlər başa düşüləndir. Çünki bəzi xammal və yarımfabrikatların ölkədə istehsalı səmərəli olmaya bilər. Amma bu əksər məhsullara aid deyil, daha strateji məhsullara aiddir. Bu istiqamətdə yan sənayenin, klasterlərin formalaşması, istehsal olunan məhsulun maya dəyərinin ölkədə formalaşan hissəsinin artırılması ilə, xarici fruktasiyalara dözümlülüyünün təmin edilməsi də ixrac qabiliyyətli istehsalın, eyni zamanda daxili bazarı təmin edə biləcək istehsalın formalaşmasında çox mühüm rol oynayır”.
İqtisadçı vurğulayıb ki, bunun siyasi tərəfləri də var:
"Biznes mühiti kifayət qədər mürəkkəb və çoxtərəfli məsələləri özündə birləşdirir. Eyni zamanda məhkəmə islahatları, demokratik mühit, yerli özünüidarə imkanlarının inkişaf etməsi, onların investisiya cəlb etmək üçün səylərinin artırılması çox vacib məsələlərdən biridir. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də mühüm qərarların qəbul olunmasına ehtiyac var”.
Oxunub: 283
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim