"SOCAR-Petrofac" BP ilə müqavilə imzalayıb
XƏBƏR / 25.06.2021 12:34
"SOCAR-Petrofac" BP ilə müqavilə imzalayıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Böyük Britaniyanın "Petrofac" şirkətilə birgə yaratdığı "SOCAR-Petrofac" MMC Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşlı" (AÇG) neft-qaz yataqları blokunun istismarı çərçivəsində "Azəri Mərkəzi Şərqi" layihəsi (ACE) üzrə BP şirkəti ilə dəyəri 25 milyon ABŞ dolları olan müqavilə imzalayıb.
Valyuta.az xəbər verir ki, Report.az bu barədə "Petrofac"a istinadən məlumat verir.
Xatırladaq ki, sözügedən yataqların işlənmə üzrə operatoru BP-dir.
Müqavilə həm qurudakı, həm də dənizdəki iş yerlərində layihəni dəstəkləmək üçün işə salma üzrə mütəxəssislərin və digər kadrların hazırlanması, səfərbərlik və əlaqədar xidmətlərin göstərilməsini nəzərdə tutur. "Azəri Mərkəzi Şərqi" layihəsinə yeni dəniz platformasının inşası, gündəlik 100 min barel neft hasi etməyə imkan verən qurğuların təqdim olunması daxildir. Bu platforma istismarda olduğu müddətdə 300 milyon barel neftin hasil olunmalıdır. Hasilata 2023-cü ildə başlanılması gözlənilir.
SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib ki, xidmət sektoru son illərdə şirkətin əsas fəaliyyət sahələrindən birinə çevrilib:
"Bu sahə korporativ inkişafımızda mühüm rol oynayır. "Petrofac” ilə qurduğumuz birgə müəssisə tam gücü ilə fəaliyyət göstərir, lakin bu müqavilə ilə fəaliyyət dairəsini daha da genişləndirir, yeni uğurlar qazanır. İnanıram ki, bu gün BP ilə imzaladığımız saziş həm birgə müəssisənin inkişafına səbəb olacaq, həm də BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmağa ciddi təkan verəcək".
Oxunub: 224
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim