Prezident Fərmanı bələdiyyələrin də fəaliyyətinə təkan verəcək
XƏBƏR / 28.06.2021 22:59
Prezident Fərmanı bələdiyyələrin də fəaliyyətinə təkan verəcək
Söhbət ondan gedir ki, bundan sonra Əmlak Məsələləri Dövlət xidmətinin yerlərdə daha üç ayrı- ayrı və birini qəbul etməyən sturkturu olmayacaqdır. İkinci bir tərəfdən bir sənədin öz həllini tapması üçün daha vətəndaş və bələdiyyələr aylarla və bəzən də illərlə bu qurumlara təpik döyməyəcəklər.
Əlavə edim ki, biz dəfələrlə bu məsələ ilə bağlı həm real vəziyyəti, həm də problemləri ictimailəşdirmişik.(http://belediyye.info/new/details/--6395.htm) Və onu da etiraf edək ki, hazırda bələdiyyələrin fəaliyyətinə bu gün əsas problem yaradan orqan məhz Əmlak Məsələləri Dövlət Xidmətinin yerlərdəki qurumları idi.
Təsadüfdən cari ilin 16 may tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin yeni təyin edilən sədrinə ünvanladığım sualların sonuncusu məhz bu məqama aid idi, yəni:
Sual:”Sizin strukturun yerlərdəki regional idarələrinin, habelə idarə içində olan idarələrin birləşdirilərək bir məkanda təmsil olunmasına necə baxırsınız? Əmlak Məsələləri Dövlət Xidmətinin hazırkı regional idarəetmə qurluşu və fəaliyyəti həm əhali, həm də bələdiyyələr tərəfindən ciddi narazılıqla qarşlanması göz önündədir. Ümumiyyətlə, bu sahədə struktur islahatların aparılması gözlənilirmi?”
Belə hesab edək ki, məktuba ləng cavabın verilməsi məhz bu struktur islahatlarının hazırlanmasıyla bağlı olub. Fərmanda isə birmənalı olaraq qeyd edilir:
- 7.2. Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”;
- 8. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilsin.
Demək, Cənab Prezidentin iradəsiylə daha bir problem öz həllini tapmaqdadır. Qalır Fərmandan irəli gələn məsələlərin həllinin sürətləndirilməsi.
Vüqar Tofiqli
Oxunub: 217
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim