Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında sulu qar, qar yağacaq
REPORTAJ / 20.01.2022 03:41
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında sulu qar, qar yağacaq
Azərbaycanda yanvarın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı
olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Güclü şimal-qərb
küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-3° isti olacaq. Atmosfer
təzyiqi 760 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Sinoptiklərin
tibbi-meteoroloji xəbərdarlığına görə, yanvarın 20-də Abşeron yarımadasında
güclü xəzri küləyi fonunda yağıntılı və soyuq diskomfort hava şəraiti
gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Azərbaycanın
rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Gecə və
səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclü olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda
gecə 8-13°, yüksək dağlıq ərazilərdə gecə 15-18°, gündüz 2-7° şaxta olacağı
ehtimal edilir.
Naxçıvan şəhərində,
Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın arabir yağıntılı
olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 1-6° şaxta olacağı
ehtimal edilir.
Xankəndi şəhərində,
Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir
sürətlənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 2-7° şaxta olacağı
proqnozlaşdırılır.
Şərqi Zəngəzur:
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında arabir qar yağacağı
gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı
yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13°, bəzi yerlərdə 18°-dək şaxta, gündüz 2-7°
şaxta olacağı bildirilir.
Gəncə şəhərində, Qazax,
Goranboy, Tərtər, Füzuli rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi
yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb
küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə
0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax,
Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,
Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və
güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi
əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə və gündüz
0-5°, dağlarda gecə 9-14° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-18°, gündüz
5-9° şaxta olacağı gözlənilir.
Mingəçevir və Şirvan
şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın
arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə
0-5° şaxta, gündüz 0-5° dək isti olacaq.
Masallı, Yardımlı,
Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, qar
yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-5°
isti, dağlarda gecə 5-8°, gündüz 0-5° şaxta olacağı proqnozlaşdırılır.
Oxunub: 187
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:19 Yağış yağacaq - PROQNOZ
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim