Yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyası istifadəyə verilib
CANLI TV / 14.02.2022 17:04
Yenidən qurulan 110/35/10 kilovoltluq
"Ağcabədi” yarımstansiyası istifadəyə verilib
Fevralın 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq "Ağcabədi”
yarımstansiyasının açılışını edib.
"carciTV” xəbər verir ki, "Azərenerji” Açıq Səhmdar
Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə
məlumat verdi.
Bildirildi ki, 40 il əvvəl tikilən və
istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10
kilovoltluq "Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam
yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126
meqavolt-amperə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu
sökülərək yenidən qurulub.
İşğaldan azad edilən ərazilərə qonşuluqda
yerləşən sistem əhəmiyyətli "Ağcabədi” yarımstansiyasında yeni İdarəetmə
Mərkəzi tikilib. Müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə,
avtomatika sistemləri ilə təchiz olunmuş rəqəmsal İdarəetmə Mərkəzində yerli
mikro-SCADA dispetçer idarəetmə sistemi yaradılıb. 35 və 10 kilovoltluq qapalı
paylayıcı qurğular İdarəetmə Mərkəzinin daxilində yerləşdirilib. İdarəetmə
Mərkəzi ilə 110 kilovoltluq açıq paylayıcı qurğu arasında xüsusi hermetik kabel
kanalları tikilib.
Dövlətimizin başçısı yarımstansiyanı işə
saldı.
Qeyd olundu ki, yenidən qurulan yarımstansiya Ağcabədi şəhərində və rayon ərazisində yerləşən yaşayış məntəqələrini, meliorasiya, sənaye, sosial infrastruktur, ictimai-iaşə və digər obyektləri elektrik enerjisi ilə təchiz edəcək.
Oxunub: 207
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:19 Yağış yağacaq - PROQNOZ
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim