Ağcabədidə Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
REPORTAJ / 14.02.2022 17:10
Ağcabədidə Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil
yolu yenidənqurmadan sonra istifadəyə verilib
"carciTV” xəbər verir ki, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin
başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Qeyd edildi ki, uzunluğu 41 kilometr olan
və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən
avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya
Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür.
Dövlətimizin başçısının müvafiq
Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
"Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V
texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol
layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yolun bir neçə marşrut üzrə yenidən
qurulmasına start verilib. Bu, Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd
kəndlərinə gedən 27,4 kilometrlik, həmçinin Avşar kəndinin 5,6, Salmanbəyli
kəndinin 2,9, Aşağı Avşar kəndinin 4,5 və Xocavənd kəndinin 0,6 kilometr
uzunluğunda daxili yolları idi.
Layihə çərçivəsində yolda 4 avtobus
dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik
dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.
Prezident İlham Əliyevə və birinci xanım
Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil
yolunda görülmüş işlər barədə də məlumat verildi.
Bildirildi ki, respublika əhəmiyyətli bu
yolun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə başa çatdırılıb. Ucar
şəhərinin girişindən başlayan bu yol Ağcabədi şəhərinin cənubunda
Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihəyə əsasən, hər birinin
eni 3,75 metr olmaqla iki hərəkət zolağından ibarət yolun ümumi eni 15 metrdir.
Yolboyu 9 yeraltı keçid, 26 su keçidi, 74 suötürücü boru və 30 avtobus
dayanacağı inşa edilib. Həmçinin uzunluqları 20 metrdən 175 metrədək olan 7
avtomobil körpüsünün inşası da uğurla başa çatdırılıb.
Bu avtomobil yolu respublikamızın
regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi
əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.
Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini
əlaqələndirən yol tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da mühüm
rol oynayacaq.
Layihənin icrası həm də yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir.
Oxunub: 208
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:19 Yağış yağacaq - PROQNOZ
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim