Ağcabədidə DİN-in Daxili Qoşunlarının yeni inşa edilən hərbi şəhərciyinin açılışı olub
RƏSMİ / 14.02.2022 17:25
Ağcabədidə DİN-in Daxili Qoşunlarının yeni inşa
edilən hərbi şəhərciyinin açılışı olub
Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak
ediblər
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Daxili İşlər Nazirliyi
Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin
açılışında iştirak ediblər.
"carciTV” xəbər
verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Daxili
Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Azərbaycan Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Hərbi şəhərcikdə
görülən işlər barədə məlumat verən nazir Vilayət Eyvazov bildirdi ki, ərazisi
6,2 hektar olan hərbi şəhərciyin inşasına 2019-cu ilin sentyabrında başlanılıb.
Tikinti işləri ötən ilin noyabrında uğurla başa çatdırılıb.
Qeyd olundu ki, hərbi
şəhərcikdə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin
daha da yüksəldilməsi üçün qərargah, 3 əsgər kazarması, zabitlər üçün
beşmərtəbəli və ikimərtəbəli 84 mənzilli 2 yataqxana, 2 yeməkxana, tibb, qarovul,
texniki nəzarət-buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman
şəhərciyi yaradılıb. Yeni binalar zəruri mühəndis-kommunikasiya, o cümlədən
elektrik və su təchizatı, havalandırma, yanğın-siqnalizasiya,
rabitə-informasiya və videomüşahidə sistemləri ilə təchiz edilib.
Binalar zəruri mebel
və inventarla təmin edilib, ehtiyat elektrik təchizatı mənbəyi olaraq generator
və stabilizator qurğuları quraşdırılıb. Şəhərciyin daxilində və ətrafında
abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Prezident, Ali Baş
Komandan hərbi şəhərcikdə qərargah, əsgər yataqxanaları, tibb məntəqəsi və
yeməkxana ilə tanış oldu.
Diqqətə çatdırıldı
ki, şəhərcikdə xidmətin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.
Sonra Prezident, Ali
Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə
tutulan silah-sursata və hərbi texnikaya baxdı.
Qeyd edək ki, Daxili
Qoşunların şəxsi heyəti ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin
olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların
keçirilməsində fəal iştirak edir. Daxili Qoşunların xüsusi təyinatlıları
Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Azərbaycanın
haqq işinin müdafiəsində fəal iştirak ediblər. 44 günlük Vətən müharibəsində
Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə
yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Daxili Qoşunlar
Daxili İşlər Nazirliyinin ayrılmaz tərkib hissələrindən biri kimi cəmiyyətin və
dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar
qəsdlərdən qorumağa, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin
mühafizəsini həyata keçirməyə, ictimai asayişin və təhlükəsizliyin təmin
olunmasını, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri bundan
sonra da layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.
Oxunub: 178
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:19 Yağış yağacaq - PROQNOZ
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim