Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhb
XƏBƏR / 03.03.2022 00:42
Baş nazir Əli
Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə
yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında
aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin
işğaldan azad olunmuş ərazilərə səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.
"carciTV" xəbər verir
ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında AZAL-ın prezidenti Cahangir
Əsgərov nümayəndə heyətinin üzvlərini işğaldan azad edilmiş ərazilərdə hava
limanlarının tikintisi işlərinin gedişi barədə məlumatlandırıb.
Sonra Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin Ümumi Planı ilə
əlaqədar görülmüş işlər barədə təqdimat edib.
Füzuli Beynəlxalq Hava Limanında yaradılan
şəraitlə tanışlıqdan sonra "Azərenerji”nin Füzulidə elektrik stansiyasına baxış
olub.
"Azərenerji” ASC-nin prezidenti Baba
Rzayev Qarabağ və Şərqi Zəngəzur regionunun mövcud və 2022-2026-cı illər üzrə
perspektiv elektrik təchizat sxemi ilə bağlı ətraflı məlumat verib.
Nümayəndə heyətinin üzvləri
Əhmədbəyli-Horadiz-Mincivan-Ağdərə avtomobil yolunda görülən işlərlə də tanış
olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Saleh Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.
Daha sonra
Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda aparılan minatəmizləmə
işlərinə baxış keçirilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin
(ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu sahədə görülən işlər barədə
ətraflı məlumat verib.
Sonra rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev nümayəndə heyətini Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu
xətlərində aparılan işlər barədə məlumatlandırıb.
Daha sonra Zəngilan rayonunda iqtisadiyyat
naziri Mikayıl Cabbarov "Araz Vadisi İqtisadi Zonası”nda və Ağdam Sənaye
Parkında görülən işlər barədə məlumat verib. Nümayəndə heyəti Zəngilan Hava
Limanında işlərin gedişatına baxış keçirib. AZAL-ın prezidenti Cahangir Əsgərov
bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında
tikinti işlərinə ötən ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün
növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik
olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.
Nümayəndə heyətinin üzvləri Zəngilanda
"Ağıllı kənd” ilə də tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov
diqqətə çatdırıb ki, bu kənd azad edilmiş ərazilərə qayıdışın ilk məntəqəsi
olacaq.
Sonra Qubadlı rayonuna səfər edən
nümayəndə heyəti burada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının
xidməti şəraiti ilə tanış olub, silah-sursat və texnikaya baxış keçirib.
Martın 2-də Baş nazir Əli Əsədov və
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti
dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan
azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib. Görülən
işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb,
yerində bir sıra zəruri tapşırıqlar verilib.
Sonra nümayəndə heyətinin üzvləri Şuşanın
tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan
layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların
rəhbər şəxsləri ətraflı məlumat verib.
Səfərin sonunda Baş nazir Əli Əsədovun və
Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış
Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti
dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Xocavənd
rayonuna səfər edib, Tuğ və Hadrutda aparılan quruculuq işləri ilə yerində
tanış olublar.
Bununla da səfər başa çatıb.
Oxunub: 196
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim