“Bayraktar” Rusiya ordusuna necə toy tutur: 2 kilometr hündürlükdən vurdu
CANLI TV / 09.03.2022 01:41
"Bayraktar” Rusiya
ordusuna necə toy tutur: 2 kilometr hündürlükdən vurdu
Ukraynalı döyüşçülər Rusiya ordusuna ciddi müqavimət göstərir. Xeyli şəhərlər dağıdılıb, mülki şəxslər həyatını itirib, insanlar evlərini tərk edib. Rusiya Ukrayna savaşına 140 min hərbçi göndərib. Amma yenə də əsas məqsədə çatmaq alınmır.
Sfera.az xəbər verir ki, Ukrayna ordusunun çox gücləndiyi də göz önündədir. Xüsusilə hərbi texnika təchizatı xeyli yaxşılaşıb. "Javelin”lər, "Stinger"lər, "Bayraktar”lar döyüşlərdə sözünü deyir. Ukraynalılar Türkiyə dronlarına hətta mahnı da həsr edib. Çünki "Bayraktar” Rusiya ordusuna əməlli-başlı toy tutur.
Ukraynanın 128-ci dağ-hücum briqadası Türkiyənin pilotsuz uçuş aparatları sayəsində növbəri uğurlu həmləsini edib. Rusların üç T-80 tankı sıradan çıxarılıb. Məhz bu tanklar Ukrayna hərbçilərinə böyük zərbə vururmuş. Relyef problemləri üzündən onları artilleriya ilə vurmaq mümkün olmayıb. Bundan sonra dronları havaya qaldırmaq qərarına gəlinib. "Bayraktar”lar iki kilometr hündürlükdən hədəfi dəqiq nişan alıb. Rusiya tankları alova bürünüb.
Bir neçə gün əvvəl Türkiyənin istehsalı
olan pilotsuz uçuş aparatları Ukrayna ordusuna düşmənin "Buk” zenit raket
komplekslərini məhv etməyə kömək olmuşdu. Ümumiyyətlə, "Bayraktar”lar
Kreml qoşunlarının xeyli hərbi texnikasını yararsız vəziyyətə salıb.
Ukrayna 2018-ci ildən Türkiyədən
pilotsuz uçuş aparatları almağa başlayıb. İlk üç il ərzində bu məqsədlə 74 milyon
dollar xərclənib. Fevralın əvvəllərində Ukrayna Prezidenti Vladimir Zelenski
Türkiyə ilə ölkədə dronların istehsalı ilə bağlı razılaşma əldə etdiklərini
bildirmişdi.
Kreml dəfələrlə Ankaranın Kiyevə "Bayraktar”lar satmasına görə ciddi narahatlıq ifadə edib. Türkiyənin Xarici İşlər Nazirliyi müharibə günlərində dronların özəl şirkət istehsalı olduğunu bildirib. Bununla Ankara məsuliyyəti üzərinə götürmək istəmədiyini göstərib. Rusiya isə "Bayraktar”ların müharibənin gedişinə necə vacib təsir göstərə biləcəyini yaxşı anlayır. Suriya, Liviya, Qarabağ savaşları Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının gerçək gücünü ortaya qoyub. Xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra dünya mətbuatı "Bayraktar”a xüsusi diqqət ayırır.
Qeyd edək ki, Ukrayna "Bayraktar"ın uğurları barədə əvvəlcə çox danışsa da, sonradan qəflətən bu dronlarla bağlı videoların yayımı dayandırıldı. Ehtimal olunur ki, məhz Türkiyə Ukraynadan xahiş edib ki, bu məsələni çox da reklam etməsinlər, çünki Rusiya ilə münasibətlərinə mənfi təsir göstərir. Hətta Türkiyə DİN nümayəndəsi də bildirmişdi ki, bu mövzularla Türkiyəni müharibədə tərəf kimi göstərməyə cəhd edənlər var.
Oxunub: 174
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim