Müharibənin çörək sınağı: Taxıl bazarında nə baş verir?
CANLI TV / 13.03.2022 02:25
Buğdanın bir buşelinin (1 buşel = 60 funt və ya 27,2 kq) qlobal qiyməti 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Buğdanın may fyuçerslərinin qiyməti Çikaqo birjasında 7,1 faiz artaraq bir buşelə görə 10,59 ABŞ dollarına çatıb ki, bu da 2008-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək göstəricidir. Qiymətlərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən tədarükdə fasilələrin yaranacağı narahatlığı fonunda yüksəldiyi qeyd edilir.
Mövzu ilə bağlı təqdim edirik:
Azərbaycanın buğda idxal etdiyi 3 əsas ölkə var. Ukrayna, Rusiya və Qazaxıstan. Yəni buğda aldığımız iki ölkə hazırda müharibə edir. Əsas ixracatçılarımız olan ölkələrin müharibə apardığı dövrdə buğda tələbatını necə ödəyəcəyik? Bu, çörəyin, ümumilikdə un və un məmulatlarının qiymətində yenidən artıma səbəb ola bilərmi? Çünki ilin əvvəlində çörəyin qiymətində bir dəfə artım qeydə alınmışdı.
İqtisadçı Xalid Kərimli deyir ki, Rusiya və Ukrayna dünyada taxıl ixracında böyük paya malik ölkələr olduğu üçün onlar arasındakı gərginlik qiymətlərə öz təsirini göstərməli idi:
"Rusiya və Ukraynanın dünyanın taxıl ticarətində böyük payı var. Bu gün Rusiya dünya taxıl ixracının 18 faizini həyata keçirir. Bu rəqəm 2018-ci ildə 25 faiz idi. Yəni Rusiya dünyanın ən böyük taxıl, buğda ixracatçısıdır.
Ukrayna da dünyanın 5-ci ən böyük ixracatçısıdır. Dünya taxıl ixracında 7,5 faizlik paya sahibdir. İki ölkə bir yerdə dünya taxıl ixracının 25-30 faizini təmin edir. Kifayət qədər böyük paya malikdirlər və bu gərginlik buğdanın qiymətinə təsir göstərməli idi”.
X.Kərimlinin sözlərinə görə, Rusiya və Ukrayna arasındakı konflikt genişləndikcə, bu, qiymət artımı prosesində də müşahidə ediləcək:
"Ukrayna və Rusiya buğda ticarətini, əsasən, Qara dəniz üzərindən həyata keçirir. Hətta Ukraynada bu rəqəm 95 faizdir. Ukrayna Qara dənizdə ticarətini Xerson, Odessa limanları üzərindən aparırdı. Rusiya artıq Xerson şəhərini tutub.
Bu liman vasitəsilə Ukraynanın Qara dənizə çıxışı məhdudlaşır. Bütün bunlar da buğda qiymətlərinin yüksəlməsi təhlükəsini ciddi surətdə artırır. Konflikt genişləndikcə bu proseslər də dərinləşəcək. Amma müharibə qısa müddətdə dayanarsa, qiymətdə müəyyən qədər ucuzlaşma qeydə alına bilər”.
X.Kərimli bildirdi ki, Azərbaycan buğdanı, əsasən, Rusiya, Qazaxıstan və Ukraynadan idxal edir. Ancaq əsas asılılıq Rusiyadandır:
"Azərbaycanın buğda idxalının azaldılması ilə bağlı müəyyən planları var idi. Onlardan biri də Ukraynada ərazilər icarəyə götürüb buğda əkilməsi idi. Hazırda ərazidə konflikt var, ona görə o plan müəyyən müddət təxirə salınacaq.
Ümumi buğda idxalımızda Rusiyanın payı 98-99 faizdir. Düzdür, Rusiyanın ərazisində müharibə getmir. Amma Rusiyaya qarşı sanksiyalar qiymətləri artırır. Bu konflikt uzandıqca daha az məhsul dünya bazarlarına çıxarılacaq və qiymətlər də artacaq”.
İqtisadçı qeyd etdi ki, buğdanın qiymətinin kəskin artması un və un məmulatlarının da qiymətində öz əksini tapa bilər:
"Bahalaşmış un, buğda qiymətləri un, çörək məhsullarının qiymətini artıra bilər. Hökumət 2022-ci ildən un məhsullarının idxalına heç bir subsidiya vermir. Tətbiq etdiyi güzəştlər də indiki qiymətlərdə öz əksini tapıb. Dünya buğda, taxıl bazarında baş verən qiymət artımlarını mağazaların piştaxtalarında hiss edəcəyik”.
Oxunub: 233
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim