QƏHRƏMAN JURNALİSTLƏR
NƏŞR / 25.03.2022 18:15
QƏHRƏMAN JURNALİSTLƏR
Müstəqilliyimizin ilk illərindən etibarən Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində xalqımız həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı minlərlə şəhid verib. Onlar arasında Vətən müharibəsinə cəlb edilən, döyüşlərdə iştirak edən, cəbhə xəttinə göndərilən və vəzifə öhdəliklərini yerinə yetirərkən şəhidlik zirvəsində yüksələn jurnalistlərimiz də var.
Qarabağ münaqişəsinin başladığı ilk günlərdən düşmənin işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparan və bu çətin missiyanı uğurla icra edən ölkə jurnalistləri təkcə qələmləri ilə deyil, həm də əllərində silah torpaqlarımızın müdafiəsinə qalxıblar.
1988-1994-cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olan jurnalistlərdən 2-si rus, digərləri azərbaycanlılardır. Bu gün hər bir azərbaycanlı Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olmuş Milli Qəhrəmanlar Alı Mustafayev, Salatın Əsgərova, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev və Kazımağa Kazımov ilə fəxr edir, onların ruhu qarşısında baş əyir.
Azərbaycan media nümayəndələri 44 günlük Vətən müharibəsində də yüksək vətənpərvərlik ruhu ilə şanlı Zəfərimizə öz dəyərli töhfələrini verdi. Media nümayəndələri sırasında ön cəbhədə döyüşdə iştirak edənlər də az olmadı.
Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını 44 günlük İkinci Qarabağ müharibəsi ilə azad etdi. Lakin atəşkəsdən uzun bir vaxt keçməsinə baxmayaraq, Ermənistan xaincəsinə edilən hücumlar və hazırlanan tələlərlə günahsız insanları öldürməyə davam etdi. Bu hadisələr dünyanın gözü qarşısında baş verdi və bölgədəki erməni vəhşiliyini dönə-dönə ortaya qoydu.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsi şanlı qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə həkk olundu. Azərbaycan uğurlu hərbi əməliyyatlarla beynəlxalq səviyyədə tanınan ərazilərini Ermənistanın işğalından azad etdi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu.
2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov şəhid oldu. Bu hadisə ölkə mətbuatını, bütövlükdə Azərbaycan xalqını dərindən sarsıtdı.
Dövlət başçısı İlham Əliyev Vətən uğrunda canından keçən igid oğullarımızın xatirəsini hər zaman uca tutur, informasiya müharibəsində jurnalistlərin peşəkar fəaliyyətini, fədakarlıqlarını yüksək qiymətləndirir. Bu, dövlət başçısının kütləvi informasiya vasitələrinə göstərdiyi xüsusi diqqətin göstəricisidir. Prezident İlham Əliyevin qəhrəmancasına həlak olan həmkarlarımızın 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə imzaladığı Sərəncam hər kəs, o cümlədən şəhidlərin ailə üzvləri və həmkarlarımız tərəfindən dərin rəğbət hissi ilə qarşılandı.
Jurnalistlər Vətən müharibəsində həm cəbhə xəttində reportyor kimi çalışdılar, eyni zamanda, səfərbərlik çərçivəsində ön cəbhədə döyüşçü kimi iştirak etdilər.
22 İyul – Milli Mətbuat və Jurnalistika Günündə bu qəhrəmanları yad etmək, şəhidlərimizin əziz xatirəsinə böyük ehtiram nümayiş etdirmək mətbuat işçilərilə yanaşı, həm də hər bir azərbaycanlının borcudur. Bu mübarizədə canını qurban verən neçə-neçə jurnalistin ömür yolu milli jurnalistikamızın şanlı səhifələrinə yazılıb. Peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olan həmkarlarımızın adları Azərbaycanın Qarabağ zəfərinin qəhrəmanları sırasına qızıl hərflərlə həkk olunub.
Vətəni uğrunda canından keçənlər nə xalqımız, nə də dövlətimiz tərəfindən heç vaxt unudulmayacaq!
Rahib KƏRİMLİ
Oxunub: 355
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim