Suqovuşanda avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı olub
REPORTAJ / 29.03.2022 19:58
Suqovuşanda
avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı olub
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub.
"carciTV”xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva açılış mərasimində iştirak ediblər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov
dövlətimizin başçısına və birinci xanıma federasiyanın gələcək planları barədə
məlumat verdi və videoçarx nümayiş etdirildi.
Diqqətə çatdırıldı ki, avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu
illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə
çevrilib. Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda 11
avarçəkmə klubu fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində
Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlətimizin başçısının tapşırığı
ilə 2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə
çatdırılıb. Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını
genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir.
Dövlətimizin başçısına və birinci xanıma avarçəkmə yarışlarında istifadə
olunan qayıqlarla bağlı məlumat verildi. Bildirildi ki, avarçəkmənin 3 əsas növü
var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8
nəfərlik qayıqlarda mübarizə aparırlar. Yarış iştirakçıları qayığı geriyə
hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və
sinxron şəkildə hərəkət etdirilir.
Azərbaycan Prezidenti təlim-məşq toplantısının rəsmi açılışını bildirən
düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan "QARABAĞ
AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner açıldı, səmaya 7 min hava şarı
buraxıldı və ardınca idmançılar məşq prosesinə başladılar.
Dövlətimizin başçısı və birinci xanım məşq prosesini və bayraq şousunu
izlədilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xatirə hədiyyəsini
imzaladı və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təqdim etdi.
Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım
Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan
ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı.
Oxunub: 167
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim