Prezident İlham Əliyev Suqovuşanda turizm kompleksinin təməlini qoyub
RƏSMİ / 29.03.2022 20:13
Prezident İlham Əliyev Suqovuşanda turizm kompleksinin təməlini qoyub
"carciTV" xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri
Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin başçısına və birinci
xanıma kompleksin layihəsi barədə məlumat verdi.
Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin
qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada
abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.
Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq
kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar
quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat
vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti
yaradılacaq.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva turizm
kompleksində istifadə olunacaq xüsusi maşınlara baxdılar.
Prezident İlham Əliyev kompleksin təməlini qoydu.
Sonra dövlətimizin başçısı və birinci xanım kompleksin ərazisində ağac
əkdilər.
Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.
Oxunub: 163
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim