Prezident İlham Əliyev Bakıda yeni inşa edilmiş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub
CANLI TV / 29.03.2022 20:21
Prezident İlham Əliyev Bakıda yeni inşa edilmiş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan
məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə
yaradılan şəraitlə tanış olub.
Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri
məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün
lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş
kitabxana, oxu zalı və kompüter otağı vardır.
Dövlətimizin başçısının istehsalat sahələrinin genişləndirilməsi, bu
fəaliyyətə sahibkarların, iş adamlarının cəlb edilməsi ilə bağlı tapşırıqlarına
uyğun olaraq yeni müəssisələrdə yaradılmış istehsal bölməsində məhkumlar
toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar.
Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir
avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri,
laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir.
Yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub.
Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli
görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca
otaqlar vardır.
Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif
otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir.
Burada yaradılmış şərait məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların
təhsil almalarına və peşə ixtisaslarına yiyələnmələrinə imkan verir.
Qeyd edək ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində
cəmiyyətimizin həssas təbəqəsi olan qadın və yetkinlik yaşına çatmayan
məhkumlar üçün yeni penitensiar müəssisələrin tikilməsi ölkəmizdə aparılan
köklü islahatların tərkib hissəsidir. Burada yaradılan müasir şərait
məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial
adaptasiyasına xidmət edəcəkdir.
Xatırladaq ki, Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası,
Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa
olunub. Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində
belə müəssisələrin tikintisi aparılır.
Azərbaycan
dövlətinin siyasi kursunda humanizm başlıca prinsiplərdən biridir. Prezident
İlham Əliyevin bu vaxtadək imzaladığı 35 əfv aktı ilə 6 minədək məhkum
bağışlanıb, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı isə 40 mindən çox
insanı əhatə edib.
Eyni zamanda,
ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar
çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti
humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin,
tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.
Zəfər Günü
münasibətilə elan edilmiş və bu ərəfədə icrası başa çatan amnistiya aktı isə
dövlətimizin başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla daha
böyük əhatə dairəsinə görə fərqlənib və 15 mindən çox şəxsə şamil edilib.
Həmçinin həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının genişləndirilməsi haqqında ayrıca qanun qəbul olunub, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayət qanunvericiliyinə 600-dək dəyişiklik edilib, bir çox əməllər dekriminallaşdırılıb və 2200-ə yaxın məhkum cəzadan azad olunub. Eyni zamanda, məhkumların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı daim diqqətdə saxlanılaraq onların sosial adaptasiyası ilə bağlı xüsusi qanun qəbul olunub. Vaxtından əvvəl şərti azadetmə institutu da səmərəli tətbiq olunaraq son iki ildə 3500-dən çox məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb.
Oxunub: 192
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim