Ombudsman: Ermənistan müharibə cinayətlərini törətdiyinə görə beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdır
CANLI TV / 31.03.2022 21:49
Ombudsman: Ermənistan müharibə cinayətlərini törətdiyinə görə
beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdır
Bu günlərdə Azərbaycan Respublikasının Xocalı
rayonunun Fərrux kəndi ərazisində Azərbaycan Ordusunun hərbçiləri tərəfindən
aparılan müvafiq qazıntılar zamanı insan nəşlərinin qalıqları aşkar olunub.
Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən
döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu güman edilən həmin qalıqların
aşkarlanması faktı ilə bağlı hazırda müvafiq araşdırmalar və dəqiqləşdirmələr
aparılır.
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib.
Ombudsman təəssüflə qeyd edib ki, Birinci
Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən əsir və girov götürülmüş
azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilməsi, daha
sonra onların nəşlərinin kütləvi şəkildə basdırılması ilə bağlı çoxsaylı
faktlar mövcuddur.
"Bütün bu faktlar isə beynəlxalq humanitar
hüququn normalarının, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi
haqqında" 1949-cu il tarixli Cenevrə konvensiyalarının, xüsusilə də
"Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyanın və
ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarına açıq
hörmətsizlikdir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə
pislənilməlidir.
Ermənistan insanların ən mühüm təbii hüquqlarından biri olan yaşamaq hüququnun kobud şəkildə pozulması ilə nəticələnən müharibə cinayətlərini törətdiyinə görə beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdır", - deyə Səbinə Əliyeva vurğulayıb.
Oxunub: 167
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim