Azərbaycan Respublikası Baş Prokurorluğunun kollegiya iclası
CANLI TV / 31.03.2022 21:50
Azərbaycan Respublikası Baş
Prokurorluğunun kollegiya iclası
Martın
30-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət
istiqamətləri üzrə qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə
həsr olunmuş kollegiya iclası keçirilib.
Baş Prokurorluğun
mətbuat xidmətindən bildirilib ki, iclasdan öncə 1918-ci ilin mart-aprel
aylarında erməni-daşnak millətçiləri tərəfindən Bakıda başlanan və bölgələrdə
davam etdirilən soyqırımı aktı zamanı 50 mindən çox azərbaycanlının xüsusi
qəddarlıqla qətlə yetirilməsi, minlərlə insanın öz doğma torpaqlarından
didərgin salınması, onlarla şəhər və kəndlərin yandırılması, milli-mədəni
abidələrin dağıdılaraq məhv edilməsi qeyd olunmaqla miqyası və amansızlığına
görə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli faciənin qurbanları və
bütün şəhidlər ehtiramla anılıb, onların əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib və qazilərimizə şəfa dilənib.
Xüsusi
vurğulanıb ki, məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da
imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla 80 il
sonra erməni millətçilərinin hərəkətlərinə ilk dəfə hüquqi-siyasi qiymət
verilməklə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Kollegiya
iclasında çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban
Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərin yenidən
həyata qaytarılması istiqamətində aparılan möhtəşəm abadlıq-quruculuq işlərinin
önəmini qeyd edib.
Baş
prokuror, həmçinin işğaldan azad edilmiş rayonların prokurorluq orqanlarının
fəaliyyətinin səmərəliliyinin artırılması və nəzarət tədbirlərinin
gücləndirilməsi, aparılan islahatların tərkib hissəsi kimi "Elektron
Prokurorluq" İnformasiya sisteminin yaradılması, onun Əsasnaməsinin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may və
2022-ci il 3 mart tarixli fərmanlarından irəli gələn vəzifələrin, eləcə də
prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri
tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunan
məsələlərlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə Baş
Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur
Musayev, Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad
Dadaşov, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov və Kadrlar
idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.
Aparılmış
müzakirələr ətrafında kollegiya üzvləri çıxış edərək təkliflərini bildiriblər.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Oxunub: 170
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim