Deputat: Dövlətimiz erməni terrorunun bütün dünyada ifşa olunması, terrorçuların cəzalandırılması üçün sistemli iş aparır
MÜSAHİBƏ / 31.03.2022 22:32
Deputat: Dövlətimiz erməni terrorunun bütün dünyada ifşa olunması, terrorçuların cəzalandırılması üçün sistemli iş aparır
Xocalı rayonunun Fərrux kəndi ərazisində tapılmış insan qalıqları
ermənilərin azərbaycanlılara qarşı törətdikləri çoxsaylı cinayətlərin
sübutudur. Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə
yaxın soydaşımızın taleyi hələ də naməlum olaraq qalır. Təəssüf ki, Xarici
İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası tərəfindən erməni tərəfinə, Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Cəmiyyətləri Federasiyasına (IFRC) adlı siyahıların dəfələrlə təqdim
etməsinə rəğmən, qarşı tərəfdən itkin düşənlərin tapılması istiqamətində ciddi
addımlar atılmayıb. Bütün bunlara baxmayaraq, dövlətimiz erməni terrorunun
bütün dünyada ifşa olunması, terrorçuların cəzalandırılması üçün sistemli iş
aparır.
Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev müxtəlif beynəlxalq
müstəvilərdə, ayrı-ayrılıqda dövlət başçıları ilə görüşlərdə, Ermənistanın
dövlət terroru ilə məşğul olan ölkə olmasını faktlarla onların diqqətinə
çatdırıb. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Fərrux kəndində tapılan
insan qalıqları və daha əvvəllər aşkarlanmış kütləvi məzarlıqların hər biri
sənədləşdirilir və gələcəkdə cinayətkarların məhkəmə qarşısında cavab verməsi
üçün maddi sübutlar toplanır. Vətən müharibəsində əsir götürülmüş ermənilərin
arasında həmin cinayətkarların bir qisminin Azərbaycan məhkəmələri tərəfindən
cəzalandırılmaları tarixi ədalətin bərpasıdır.
N.Məhəməliyev, həmçinin bildirib ki, tarix heç nəyi unutmur. Sülhsevər xalq olduğumuzdan tarixin müəyyən mərhələlərində unutqanlığa yol verilərək ermənilərin törətdikləri cinayətlərə göz yumulub. Bundan sonra nə unutqanlığa yol var, nə də ermənilərin göz yaşlarına. Hazırda dövlətimizin başçısı tərəfindən Azərbaycan xalqının milli maraqlarına, təhlükəsizliyinə, gələcəyinə, inkişafına, beynəlxalq nüfuzuna xidmət edən düşünülmüş strateji kurs həyata keçirilir. Bu da qeyd olunan məsələlərin həlli istiqamətində müsbət çalarlar yaradacaq.
Oxunub: 295
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim