Düşmənin başını əzən “dəmir yumruq”
CANLI TV / 04.04.2022 09:50
Düşmənin başını əzən "dəmir yumruq”
Ermənistan
öhdəliklərini yerinə yetirmədikcə, hərbi təxribatlara yol verdikcə onun
zərbəsini hiss edəcək
"Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və qələbənin rəmzi olan "dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”
Prezident
İlham Əliyev bu sözləri ötən il sentyabrın 27-də Anım günü münasibətilə
xalqımıza müraciətində demişdi. Ondan əvvəl də dövlət başçısı Ermənistana və
ona havadarlıq etmək istəyənlərə xəbərdarlıq etmiş, "dəmir yumruğ”un yerində
olduğunu bildirmişdi. 2020-ci ilin 10 noyabrından sonra düşmən İlham Əliyevin
bu sözlərinin gerçək təsdiqini bir neçə dəfə görüb. Nəinki görüb, başından
aldığı zərbə ilə hiss edib. 44 günlük müharibədən sonra da ordumuz üzərinə
düşən öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif təxribatçı hərəkətlərə yol
verən Ermənistanı layiqincə cəzalandırıb.
Hələ
ötən ilin noyabrında Kəlbəcər və Laçın rayonları istiqamətində baş
verənləri yəqin ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi heç vaxt unuda
bilməyəcək. Həmin vaxt Ermənistanın hərbi birləşmələri yüksəklikləri ələ
keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək
məqsədilə qəfil hərbi əməliyyata başlamışdı. Həmin günlərdə Azərbaycan
Ordusunun qətiyyəti nəticəsində Ermənistanın dövlət sərhədində törətdiyi
təxribat və hərbi avantüra tam iflasa uğradılmışdı. "Dəmir yumruğ”u hiss edən
düşmənin bölmələri döyüş meydanından qaçmış, onların hərbi texnikaları məhv
edilmişdi. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah
edilərək saxlanılmış, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat
qənimət kimi ələ keçirilmişdi.
Martın
26-sı səhər saatlarında dumanlı hava şəraitindən istifadə edən qeyri-qanuni
erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı
təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində
qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Qeyd
edək ki, ordumuz öz qarşısında duran vəzifələri layiqincə yerinə yetirir,
mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi işlərini uğurla həyata
keçirir. Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi
olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş
verməyib.
10
noyabr üçtərəfli Bəyanatına əsasən darmadağın edilmiş işğalçı ordunun qalıqları
əraziləri tərk etməli idilər. Lakin bu, baş verməyib və Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan qanunsuz
erməni silahlı dəstələri təxribatçı fəaliyyətlərini davam etdirirlər.
Ermənistan bəyanatın 6-cı maddəsini pozaraq Laçın dəhlizi vasitəsilə
hərbçilərin bölgəyə göndərilməsini davam etdirir.
Oxunub: 165
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim