Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib
XƏBƏR / 07.04.2022 01:01
Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib
Aprelin 6-da Brüsseldə işgüzar səfərdə
olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.
"carciTV” xəbər verir ki, Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin
normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirdi və ötən ilin
dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh
gündəliyinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Brüssel sülh
gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə bu gün keçiriləcək
üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və
Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair
məsələlər müzakirə edildi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik
şəkildə inkişaf etdiyi qeyd olundu.
Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparıldı.
Oxunub: 195
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim