Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir? - DOSYE
CANLI TV / 12.04.2022 08:41

Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir? - DOSYE
Mərkəzi Bankın sədri Elmar Rüstəmov əvəzlənə bilər.
Qaynarinfo xəbər verir ki, Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılması barədə təqdimat buna hesablanıb.
Məlumat üçün deyək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.
Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.
Ehtimal olunur ki, Elman Rüstəmovu əvəzləyəcək şəxs elə Taleh Kazımov olacaq. Bəs Taleh Kazımov kimdir?
Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. 2004-cü ildə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsini bitirib.
2004-2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib.
O, 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") bitirib.
Taleh Kazımov "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib.
2004-cü ildən isə maliyyə sektorunda peşəkar fəaliyyətə başlayıb. O, 2004-2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, 2006-2007-ci illərdə "Ernst & Young" şirkətində auditor, 2007-ci ildə bir neçə ay "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin Baş direktoru vəzifəsində çalışıb.
2007-ci ilin iyul ayından etibarən isə "PAŞA Bank"da fəaliyyətə başlayıb. Taleh Kazımov adıçəkilən bankda 2011-ci ilə qədər müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildə ildə isə "PAŞA Bank"ın İdarə Heyətinin üzvü seçilib.
2015-ci ildə isə "PAŞA Bank"ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Ailəlidir, iki övladı var.
Oxunub: 211
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim