Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib
XƏBƏR / 12.04.2022 11:09
Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının
açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat
İnstitutunun yeni binasının açılışında iştirak edib.
Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və
dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin
daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki,
Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən
bu gün yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda
öyrənilir.
"carciTV” xəbər verir ki, Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış oldu.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı dövlətimizin başçısına məlumat verərək bildirdi ki, İnstitutda
İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər
kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat,
magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar
hazırlanır. İnstitutda bakalavriat səviyyəsi üzrə "Dinşünaslıq” və
"İslamşünaslıq” ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası
üzrə) "Dinin sosiologiyası”, "Dinin psixologiyası”, "Dinlərin tarixi” və
"İslamşünaslıq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə
doktoru üzrə) "Dinşünaslıq”, "Dinin tarixi və fəlsəfəsi” ixtisasları tədris
olunur.
Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən
həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin
müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb
və ibri dilləri tədris olunur.
Qeyd edək ki, Bakının Yasamal rayonunda inşa olunan
beşmərtəbəli binada inzibati və sinif otaqları, kitabxana, kişilər və qadınlar
üçün ayrı-ayrılıqda namaz otaqları, həmçinin dəstəmaz və mətbəə otaqları
yaradılıb.
Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər.
Oxunub: 185
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim