Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən qurultay tarixi hadisə oldu
XƏBƏR / 28.04.2022 02:41
Türk dünyasının
mədəniyyət paytaxtı Şuşada keçirilən qurultay tarixi hadisə oldu
Bu günlər dünyanın diqqəti Azərbaycanın döyünən ürəyi,
Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəldi. Tarixi Zəfərimizdən sonra
keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tarixə Zəfər Qurultayı kimi
daxil oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev
dünya azərbaycanlılarının qarşısında çıxış edərək Qələbəmizə gedən yola,
Azərbaycanın 44 günlük Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa, şücaətə,
postmünaqişə dövrünün reallıqlarına, eyni zamanda diasporumuzun ötən illər
ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində
atılan addımlara, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi
töhfələrə nəzər salaraq qarşıdakı dövrün prioritetlərini açıqladı. Bildirdi ki,
əsas hədəf Zəfərimizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun
üçün səfirliklər, diaspor təşkilatlarının daha səylə çalışmalarına çağırışlar
edildi.
30 ildən sonra Şuşanın dünya azərbaycanlılarını bir
araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir
daha mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyətinin,
ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan
tarixin nəticəsidir. Müzəffər Ali Baş Komandan bir daha bildirdi ki, 44 günlük
müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada
keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var.
Zəfər Qurultayında Prezident İlham Əliyev Azərbaycan
diasporunun qarşısında duran vəzifələrdən danışaraq dedi: "Diaspor
təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə
çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha
genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini
maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay
sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması,
1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası
barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün
gerçəkliklərini onlara çatdırmalıdırlar".
Bu gün Azərbaycan diasporunun qarşısında böyük
vəzifələr dayanır. Diaspor təşkilatları azərbaycançılıq məfkurəsi əsasında daha
sıx birləşməli, sosial şəbəkələrdə fəallığı artırmalı, erməni təbliğatının
qarşısı qətiyyətlə alınmalıdır.
Natiq BAĞIROV,
Belarus Azərbaycanlıları Konqresinin sədri,
"Şöhrət" ordenli.
Oxunub: 157
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim