Dünya azərbaycanlılarının həmrəyliyi möhkəmlənir
XƏBƏR / 28.04.2022 02:44
Dünya azərbaycanlılarının həmrəyliyi möhkəmlənir
Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev dünya
azərbaycanlılarının həmrəyliyinin banisidir. Həmvətənlərimizin harada
məskunlaşmalarından asılı olmayaraq ən mühüm, ən müqəddəs vəzifələrindən biri
müstəqil dövlətçiliyimizi qoruyub saxlamaqdan ibarətdir. Qeyd etmək lazımdır
ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu, onun demokratik, dünyəvi, hüquqi
dövlət quruculuğu yolu ilə irəliləməsi yalnız ölkəmizin vətəndaşlarının deyil,
bütün dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün
inkişafına, onların monolit birliyinə, həmrəyliyinə təkan verir.
Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev dünyada
Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsinə, müstəqil dövlətimizin
möhkəmləndirilməsinə mühüm təsir vasitəsi kimi baxırdı. Ulu öndərin təşəbbüsü
ilə 2001-ci ilin noyabr ayında Dünya Azərbaycanlılarının Bakıda keçirilən I
Qurultayı xaricdə yaşayan soydaşlarımızın Azərbaycan ətrafında daha sıx
birləşməsinə, ən əsası isə Azərbaycanda dövlətçiliyin inkişafına,
respublikamızın tərəqqisinə güclü təkan verdi.
Bu günlərdə Türk dünyasının Mədəniyyət Mərkəzi Şuşa
şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tarixə çevrildi,
bütün dünyada yaşayan milyonlarla soydaşlarımız tərəfindən qürur hissi ilə
qarşılandı. Qarabağ həsrətli həmvətənlərimiz Zəfər Qurultayında iştirak
etdilər.
V Qurultayda 65 ölkədən 400-dən çox diaspor nümayəndələri
iştirak edirdi. Qalib xalqın nümayəndələri Şuşada həyatın ən gözəl anlarını
yaşayırdılar. Şuşa hər bir azərbaycanlının qürur yeridir.
Qurultayda Prezident İlham Əliyevin proqram xarakterli
nitqi həmvətənlərimiz tərəfindən rəğbətlə qarşılandı, milli diasporumuzun
təşəkkül tapmasında qarşıda yeni üfüqlər açıldı. Vurğulandı ki, Vətən
müharibəsində azərbaycanlılar yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin
eşidilməsi üçün səylərini əsirgəməmişlər. Diaspor təşkilatları tərəfindən
dünyanın 30-a yaxın ölkəsində keçirilən 200-dən çox aksiyada 25 mindən çox
soydaşımız və dost xalqların nümayəndələri iştirak etmişdir.
Qurultay iştirakçılarının nəzərinə çatdırıldı ki, 44
günlük Vətən müharibəsində qüdrətli Azərbaycan ordusu Prezident, Ali Baş
Komandan cənab İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində
Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı, işğal altında olan ərazilərimiz
azad olundu.
Ukraynada yaşayan diaspor fəallarından biri kimi bu
gün ikiqat fərəh hissi keçirirəm. Şuşa şəhərində keçirilən qurultayda
iştirakımdan qürur duyuram. Həm də qurultayda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə xalqlar arasında dostluğun
möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərimə
görə "Dostluq" ordeni ilə təltif olundum. Qurultay nümayəndələri Türk
dünyasının mədəniyyət mərkəzi olan Şuşadan xoş təəssüratlarla ayrıldılar.
Oleq KRAPİVİN,
Oxunub: 164
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim