Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin tarixi xidmətlərindəndir
MÜSAHİBƏ / 28.04.2022 02:51
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin tarixi xidmətlərindəndir
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər
sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi
fəaliyyətinin təməlini milli-mənəvi dəyərlərimiz təşkil edirdi. Sovet
hakimiyyəti illərində bu nə qədər çətin və böyük hünər tələb etsə də, ulu
öndərimiz bütün bu işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Azərbaycan dili
məsələsi də daim onun diqqət mərkəzində olub. Ana dilinin qorunması, inkişaf
etdirilməsi, mütəmadi olaraq zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin
hazırlanmasına xüsusi qayğı ilə yanaşırdı. Bu istiqamətdə vacib və cəsarətli
qərarlar qəbul edirdi. Məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə
1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında
Azərbaycan dilinə dövlət dili statusu verildi. Bunu ulu öndərin xalqımız və
dövlətimiz qarşısında ən böyük tarixi xidmətlərindən biri hesab edirik.
Ümummilli liderimiz bu addımı ilə milli varlığımızın təminatçısı olan dilimizi
məharətlə qorumuş oldu.
Ulu Öndərin dilimizin qorunması və inkişafı
istiqamətində gördüyü işlər dövlətimizin başçısı cənab İlham Əliyevin diqqəti
sayəsində dilimizin bugünkü inkişaf səviyyəsi və zənginliyi imkan verir ki,
mürəkkəb və dərin fikirləri, düşüncələri, hissləri, incə çalarları aydın tərzdə
ifadə edək. Söz bazasının bol olması, geniş ifadə imkanları, mükəmməl əlifbası,
yüksək səviyyəli yazı normaları dilimizin qədim tarixini, inkişafının bugünkü
zirvəsini və kamilliyini bir daha təsdiqləyir. Ən dəyərli milli sərvətimiz olan
dilimizi göz bəbəyi kimi qorumaq, ona daim qayğı ilə yanaşmaq və gələcək
nəsillərə çatdırmaq hər birimizin müqəddəs vətəndaşlıq borcudur.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri,
Milli Məclisin deputatı.
Oxunub: 238
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim