Azərbaycanlı deputat işğalçıların Azıx mağarasından oğurladıqları eksponatlardan danışıb
MÜSAHİBƏ / 28.04.2022 03:33
Azərbaycanlı
deputat işğalçıların Azıx mağarasından oğurladıqları eksponatlardan danışıb
Tarixi dəyəri, mənəvi çəkisi olan hər sərvət mahiyyəti
etibarı ilə xalqındır. Hətta bəlli bir şəxsin mülkiyyəti kimi saxlanılanda da
özlüyündə tarixi məna daşıyan sərvət böyük ölçüdə mənsub olduğu xalqa, ölkəyə məxsus
olaraq qalır. Bu yazılmamış qanundur. Uzun zaman keçsə belə, xalqa məxsus olan
ona da qayıdır. Ona görə də belə sərvətlərin oğurlanması, qəsb edilməsi,
qaçaqmalçılığı, qanunsuz dövriyyəsi hüquqi baxımdan cinayətdirsə, mənəvi
nöqteyi-nəzərdən də xalqa, ölkəyə, tarixə qarşı qəsddir.2021-ci ilin noyabrında Füzuli
rayonunu işğalçılardan təmizləyən Azərbaycan hərbçiləri təcavüzkarın qaçaraq
tərk etdiyi bir mənzildə bir neçə qutu tapırlar. Bunlar Azərbaycanın məşhur
Azıx mağarasından oğurlanmış və işğalçıların xaricə ötürməyi planlaşdırdığı,
lakin imkan tapmadıqları eksponatlar idi.
”carciTV”xəbər verir ki, bu fikirləri
AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun sessiyasında
"Müsadirə edilmiş cinayət mənşəli aktivlərdən necə səmərəli istifadə etmək
olar?” adlı məruzənin müzakirələri zamanı deyib. Bildirib ki, hüquqi
araşdırmalar nəticəsində cinayətkarlardan müsadirə edilmiş sərvətlərin xilas
edilməsi vacibdir, onların xalqın, ölkənin sərvəti kimi istifadəsindən ötrü
dərhal müvafiq addımlar atılması daha çox vacibdir.Qeyd edib ki, kriminal burulğana düçar
olan belə sərvətlərin müsadirə edilməsi ən çox gömrük şəbəkəsində müşahidə
edilir. Azərbaycan təcrübəsində 2006-cı ilədək müsadirə edilən tarixi
əhəmiyyətli maddi-mədəniyyət nümunələri müxtəlif muzeylərə, mədəniyyət
mərkəzlərinə, sərgilərə, elmi-tədqiqat institutlarına təqdim olunurdu. Ancaq
2006-cı ilin martında Bakı şəhərində Gömrük Tarixi Muzeyi yaradıldıqdan sonra
həmin sərvətlərin böyük qismi məhz bu muzeyə təqdim olunur. Bu gün Azərbaycanda
irili-xırdalı 200-dən artıq muzey var. Adətən hər muzeyin özünəməxsus ayrıca
bir istiqaməti olur. Lakin Azərbaycan Gömrük Tarixi Muzeyi digər muzeylərdən
fərqlənir. Yəni Azərbaycan paytaxtında tarix, incəsənət, xalça, ədəbiyyat,
arxeologiya, musiqi alətləri və sair profilli muzeylər fəaliyyətdədir. Təbii
ki, hər muzeydə də eksponatlar profilə uyğun toplanıb sistemləşdirilir. Lakin
gömrük muzeyində ən müxtəlif istiqamətlərə aid 600 nadir eksponat sıralanıb.
Burada Azərbaycan, Qərbi Avropa və Şərq ölkələrinin incəsənətini təmsil edən
dəzgah rəssamlığı, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, Qədim
Roma, Bizans İmperiyası, Səfəvilərin hakimiyyəti dövrünə aid sikkələr, XIX-XX
əsrlərə aid "Quran" və "İncil" nüsxələri, ikonalar,
müxtəlif dinlərə məxsus əşyalar nümayiş olunur. Bu muzeydə nümayiş olunan
eksponatların hər birinin kriminal dövriyyəyə qatılma və xilas olma tarixi var.
Macəralı taleyi olan belə sənət incilərini zövq ala-ala, rahatca seyr edərkən
həm də onu düşünürsən ki, bu gözəlliklər cinayətkarların caynağından qoparılıb.
Onlara məxfi yollarla sahiblənmiş bir-iki nəfərdən başqa daha heç kim görməzdi.
Ancaq onlar bu muzey vasitəsilə yenə xalqın olur."Təkcə gömrükçülərimiz deyil,
Azərbaycan hərbçiləri də dünya əhəmiyyətli tapıntıları ilə hamını
sevindirdilər. 2021-ci ilin noyabrında Füzuli rayonunu işğalçılardan təmizləyən
hərbçilər təcavüzkarın qaçaraq tərk etdiyi bir mənzildə bir neçə qutu tapırlar.
Bunlar Azərbaycanın məşhur Azıx mağarasından oğurlanmış və işğalçıların xaricə
ötürməyi planlaşdırdığı, lakin imkan tapmadıqları eksponatlar idi. Qutuların
üstündəki yazılardan hərbçilərə məlum olur ki, bunlar Avropada 300 min il
əvvəlki ilk yaşayış məskənlərindən olan Azıx mağarasından qəsb edilmiş misilsiz
elmi və tarixi dəyəri olan nadir sərvətdir. Ləngimdən bütün bunları mərkəzə
çatdırırlar, alimlərin ixtiyarına verirlər. Beləliklə, daha bir gözəllik xilas
edilərək yenidən xalqa qaytarılır. "Dünyanı gözəllik xilas edəcək” deyirlər,
ancaq gözəlliyin özünü də daima xilas etməyə ehtiyac var!”, - deyə R.Hüseynov
bildirib.Strasburq
Oxunub: 246
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim