Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
RƏSMİ / 30.04.2022 16:54
Ramazan bayramı
münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Müqəddəs Ramazan bayramı münasibətilə sizi
və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu
və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin
nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə
dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi
kamilliyin sevincini yaşadan mübarək aylardandır.
Tarixən Azərbaycan cəmiyyətində vəhdətin,
həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini
əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq
nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün
də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi
təntənə ilə keçirir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm
ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş
dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz,
ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir.
Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz
xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara
Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.
Əziz bacı və qardaşlarım!
On bir ayın sultanı Ramazan ayını
şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. İnanıram ki, ölkəmizin
əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz
mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.
Bir daha hamınıza səmimi bayram
təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət
arzulayıram. Allah orucunuzu qəbul etsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2022-ci il
Oxunub: 183
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim