Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə bağlı bəyanat yayıb
XƏBƏR / 09.05.2022 12:12
Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə bağlı bəyanat yayıb
2022-ci il mayın 9-da İkinci Dünya müharibəsində Qələbənin 77 ili tamam
olur. Bu münasibətlə, bəşər tarixinin dəhşətli savaşlarından sayılan müharibədə
qələbənin əldə edilməsində əvəzsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq
göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini
dərin hörmətlə anırıq.
"carciTV” xəbər verir ki, bu, 9
May - faşizm üzərində Qələbə Günü ilə bağlı Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilir ki, bu Qələbənin əldə edilməsində Azərbaycan xalqının önəmli
töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak
edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb.
Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz
müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları bir
çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.
Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub.
Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70
faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın
payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin
edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam
əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib.
"Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun
ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7
tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə
təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə
bütün imkanlarını maksimum səfərbər edib.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbəni 44 günlük Vətən müharibəsi
nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə qeyd edir. Beynəlxalq
sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan, beynəlxalq
hüquq və ədalət uğrunda mübarizəni hər zaman dəstəkləyir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, habelə 1941-1945-ci illər müharibəsində canından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
Oxunub: 160
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim