Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım toplama kampaniyası davam edir
XƏBƏR / 09.02.2023 16:25
Yardım kampaniyasında vətəndaşların böyük fəallığı müşahidə olunur
Bakıda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplama kampaniyası davam edir.
"carciTV" xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq, yardım kampaniyasında vətəndaşların böyük fəallığı müşahidə olunur.
Paytaxtımızda zəlzələdən zərər çəkənlərə yardımlar əsasən iki ünvanda toplanılır. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi yardım kampaniyası Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Kompleksində, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yardım kampaniyası isə Əl Oyunları Sarayında keçirilir. Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır. Heydər Əliyev adına İdman Kompleksində yüzlərlə şəxs könüllü kimi fəaliyyət göstərir. Toplanan əşyalar arasında əsasən qış paltarları, o cümlədən əlcək, gödəkcələr, şalvar, şərf, qalın yun corablar, həmçinin yataq dəstləri, təmizlik ləvazimatları, ərzaq, su, xalça, fənər, generatorlar və odun sobaları üstünlük təşkil edir. Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır. Xatırladaq ki, fevralın 6-da Türkiyədə ard-arda iki güclü zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, 14 mindən çox insan ölüb, 63 min 794 insan yaralanıb. Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb. Türkiyəyə ilk yardım əlini uzadan ölkə Azərbaycan olub. Zəlzələ xəbərindən dərhal sonra - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb. Hazırda zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti fəaliyyət göstərir. Faciədən zərər çəkmiş şəxslər üçün fevralın 8-də Heydər Əliyev Fondu tərəfindən daha 36 ton humanitar yardım göndərilib.
Oxunub: 116
08.06.2026
17:12 Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbul Bəyannaməsi imzaladılar
16:55 Prezident Ramiz Fətəliyevi təltif etdi
13:26 Ardıcıl 3 gün iş olmayacaq
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim