Xudafərin körpüsündə bayrağımızın ucaldılması tariximizə qızıl hərflərlə yazılmış şanlı hadisələrdən biridir
CANLI TV / 04.10.2023 22:39
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunandan sonra biz artıq əvvəlki kimi rayonlarımızın düşmən tərəfindən işğal edildikləri günləri yox, onların düşmən işğalından azad olunduğu şanlı tarixləri qeyd edirik. Tarixi Qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə Prezident İlham Əliyev cari il iyulun 31-də işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalayıb.
Bu fikirləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
2020-ci il 4 oktyabr tarixinin Cəbrayıl rayonunun erməni işğalından azad olunduğu gün olduğunu xatırladan komitə sədri deyib: "Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq bundan sonra hər il tarixin bu günü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunacaq.
Hələ 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı ilin Aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş məşhur Lələtəpə yüksəkliyi də Cəbrayıl rayonu ərazisində yerləşir. Vətən müharibəsi başladıqdan sonra Azərbaycan Ordusunun ilk azad etdiyi kəndlər içərisində də Cəbrayılın kəndləri vardı. Rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günü düşmən işğalından azad edilib, ümumilikdə həmin ərazidə aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd azadlığına qovuşub. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin körpüdə Azərbaycan Bayrağını ucaltması Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı hadisələrdən biridir”.
Cəbrayılın Azərbaycanın həm tarixi-mədəni abidələri, həm də təbii sərvətləri ilə zəngin rayonlarından biri olduğunu diqqətə çatdıran Z.Əsgərov burada yerləşən Sultan Məcid hamamı, Dairəvi Türbə, Qız qalası, Xudafərin körpüləri, digər türbələr, məqbərələr və tarixi abidələr işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmasından təəssüfləndiyini bildirib.
Strateji baxımdan əlverişli mövqedə yerləşən rayonun azad olunmasının Hadrut istiqamətində hərbi əməliyyatlar keçirilməsinə əlverişli şərait yaratdığını qeyd edən komitə sədri 44 gün ərzində torpaqlarımızın azadlığa qovuşmasından məmnunluğunu ifadə edib. Vurğulayıb ki, biz torpaqlarımızı düşmən işğalından azad etməklə həm də minlərlə məcburi köçkünün doğma torpaqlarında yaşamaq hüququnu bərpa etmişik.
"Bu gün işğaldan azad olunmuş bütün rayonlarımız kimi Cəbrayıl rayonunda da sürətlə bərpa-quruculuq işləri gedir. "Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Cəbrayıl yarımstansiyası istifadəyə verilib və rayonun elektrik təchizatı təmin olunub. Rayonun və kəndlərin bərpa proqramı təsdiq edilib, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Bütün layihələrin həyata keçirilməsinə dövlətimizin başçısı şəxsən nəzarət edir”, - deyə Ziyafət Əsgərov bildirib.
Oxunub: 207
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim