Arıqlama aparatı, fabrikdə işləyən robotlar - 2024-ün önəmli texnoloji trendləri nələr olacaq?
MARAQLI / 26.12.2023 23:39
Arıqlama aparatı, fabrikdə işləyən robotlar - 2024-ün önəmli texnoloji trendləri nələr olacaq?
Texnologiya dünyasında 2023-cü il süni intellektin əsas istiqamətə çevrildiyi il kimi yadda qalacaq. Süni intellekt sistemləri mükəmməl olmasa da, tez bir zamanda müxtəlif məzmunlar istehsal etməyi bacardı.
Bəs, 2024-cü ildə hansı texnoloji yeniliklər, daha doğrusu trendlər gözlənilir?
"carciTV” BBC-yə istinadən yeni ildə gözlənilən trendləri təqdim edir:
Daha güclü süni intellekt modeli
"Microsoft”un dəstəklədiyi ChatGPT-nin 2022-ci ilin sonunda istifadəyə verilməsi ilə bu sahədə bir çox yeni rəqiblər meydana çıxdı. Rəqabət mühitində isə ən mühüm inkişaflardan biri Google-un ana şirkəti Alphabet-in söhbət botu və axtarış sistemi də daxil olmaqla, onun müxtəlif məhsullarına inteqrasiya ediləcək Gemini adlı süni intellekt modelini təqdim etməsi olub. Lakin bununla belə, ChatGPT-nin istehsalçısı OpenAI proqramın daha güclü versiyasının 2024-cü ildə gələcəyini vəd edir.
Bu arada, investorlar növbəti böyük oyunçunu tapmaq ümidi ilə bu sahəyə külli miqdarda sərmayə yatırımını davam edirlər. Qeyd edək ki, 2022-ci ildə ümumi investisiya 5,1 milyard dollar olub.
"Schmidt” avtomobil araşdırma şirkətinin hesablamalarına görə, Böyük Britaniya Almaniyadan sonra ən çox elektrik avtomobil istehsal edən ikinci ölkə olacaq. Bu da ümumilikdə 2024-cü ildə elektrikli avtomobillərin istehsal yükünün xeyli artacağını deməyə əsas verir. Lakin gələn il istehsalçılar üçün çətin il olacağı gözlənilir. Çünki Almaniya və Norveç kimi istehsalçı ölkələr bazarda ənənəvi rəqabətini davam etdirməklə, digər şirkətlərin emal və satış gücünü zəiflədirlər.
Fabrikdə işləyə bilən insanabənzər robotlar
İnsanabənzər robotlar gələn il daha faydalı ola bilər. Tesla mühəndisləri ümid edirlər ki, onların Optimus adlı insanabənzər robotu yaxın gələcəkdə əsas fabrik işlərini görəcək.
"Faydalı olduğunu sübut etmək üçün əvvəlcə öz zavodlarımızda sınaqdan keçirəcəyik. Bununla belə, məncə, gələn il fabriklərimizdə faydalı uğurlar əldə edəcəyik. Bunu yüksək inamla deyirəm”.
Tesla-nın insanabənzər robotları ilə çoxlu rəqibləri də var. Bir çox şirkət hələ də gündəlik tapşırıqları öyrənən robotlar hazırlayırlar. Hətta Amazon öz anbarlarında insanabənzər robotları sınaqdan keçirir. "Digit” adlanan robot insan kimi hərəkət edə və obyektlərlə qarşılıqlı əlaqə qura bilir. Həmçinin, "Canada Sanctuary” şirkəti Phoenix adlı robotunu qablaşdırma kimi müəyyən vəzifələri yerinə yetirmək üçün öyrədir. 2024-cü ildə isə Phoenix-in görə biləcəyi işlərin sayını artırmaq planlaşdırılır.
Arıqlamaq yarışı
Əczaçılıq dünyasında arıqlamaq üçün hazırlanan dərmanlar o qədər sürətlə satılır ki, onun istehsalçısı tələbi ödəmə təklifini tamamlaya bilmir. Tələb təklifi ötür.
Lakin Wegovy adı ilə yenidən satışa çıxarılan arıqlama dərmanı (semaqlutid) böyük uğur qazanıb. Bununla da onun istehsalçısı Novo Nordisk Avropanın ən qiymətli şirkəti olmağı bacarıb.
Hazırkı formada Wegovy həftədə bir dəfə tətbiq edilir, lakin həb versiyası da hazır olmaq üzrədir. Novo Nordisk bunun nə vaxt mövcud olacağını söyləməsə də, proseslər gələn il üçün gözlənti doğurur.
Oxunub: 66
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim