Ermənistanda seçkinin nəticələri ilə bağlı RƏSMİ AÇIQLAMA: Baryeri hansı partiya aşa bilmir?
XƏBƏR / 08.06.2026 09:44
Ermənistanda keçirilən seçkinin səhər saat 8:30-a olan nəticələri elan edilib.
carcitv.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, 2006 seçki məntəqəsindən 1 924-nün göstəriciləri, yəni bülletenlərin 94%-i artıq hesablanıb. Mövcud statistikaya əsasən, hakim Vətəndaş Sazişi Partiyası 50.07 faiz (689 675 səs) göstərici ilə birinci yerdə qərarlaşıb.
"Güclü Ermənistan" partiyalar alyansı isə 23.35 faiz (321 597 səs) toplayaraq siyahıda ikinci yeri tutur. Səsvermənin nəticələrinə görə, üçüncü sırada 9.96 faizlə (135 808 səs) "Ermənistan" partiyalar alyansı gəlir.
Dördüncü pillədə 3.99 faiz (54 900 səs) nəticə göstərən "Çiçəklənən Ermənistan" Partiyası yer alıb. Beşinci yerdə qərarlaşan "Birlik qanadları" Partiyası hazırkı mərhələdə seçicilərin 2.28 faizinin (31 465 səs) dəstəyini qazanıb.
Mövcud mənzərə dəyişməzsə, yeni çağırış parlamentdə yalnız üç siyasi qüvvə təmsil olunacaq: Vətəndaş Sazişi Partiyası, "Güclü Ermənistan" Partiyası və "Ermənistan" alyansı. "Çiçəklənən Ermənistan" Partiyası isə keçid həddinin bir addımlığında olsa da, tələb olunan baryeri aşa bilmir.
08:22
Ermənistanda 2006 seçki məntəqəsindən 1 296-da səsvermənin nəticələri açıqlanıb, ümumi bülletenlərin 55.95 faizi hesablanıb.
carcitv.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) səhər saat 06:30-a olan məlumatında bildirilib.
Bu göstəricilərə əsasən, hazırda hakimiyyətdə olan Vətəndaş Sazişi Partiyası 50.86% (414 608 səs) toplayaraq siyahıya liderlik edir. İkinci pillədə 23.19% (189 050 səs) nəticə göstərən "Güclü Ermənistan" partiyalar bloku qərarlaşıb. Üçüncü yerdə isə 9.6%-lə (78 275 səs) "Ermənistan" partiyalar blokudur.
Çiçəklənən Ermənistan Partiyası 4.1% (33 417 səs) toplayaraq dördüncü mövqedədir. Beşinci sıradakı Birlik Qanadları Partiyasının aktivində isə hələlik 2.3% (18 720 səs) var./oxu.az/
Oxunub: 68
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim