Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
İDMAN / 07.06.2026 10:47
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığmasına qarşı keçirilən yoldaşlıq matçında huşunu itirib.
Oxu.Az xəbər verir ki, hadisə Danimarkanın Odense şəhərində yerləşən "EWII Park" stadionunda baş tutan qarşılaşmanın ikinci hissəsində qeydə alınıb.
Futbolçunun yıxılmasından sonra ona uzun müddət tibbi yardım göstərilib. Qarşılaşma 75-ci dəqiqədə, hesab 2:1 Danimarka millisinin xeyrinə olarkən dayandırılıb və daha sonra davam etdirilməyib.
Bundan sonra Danimarka millisinin mətbuat xidməti Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama yayıb.
"Kristian Eriksen özünü yaxşı hiss edir. Matç isə ləğv olunub", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Eriksen 2021-ci ildə Avropa çempionatında Finlandiya millisinə qarşı keçirilən oyunda da meydanda huşunu itirmişdi. Sonradan futbolçunun ürəkçatışmazlığı keçirdiyi məlum olmuş, həyati təhlükə yaradan aritmiyaların qarşısını almaq məqsədilə ona kardioverter-defibrilyator implantasiya edilmişdi.
34 yaşlı yarımmüdafiəçi hazırda Almaniyanın "Volfsburq" klubunda çıxış edir. O, karyerası ərzində "Ayaks", "Tottenhem", "İnter", "Brentford" və "Mançester Yunayted" kimi klubların da formasını geyinib.
Oxunub: 6
08.06.2026
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:07 İmişli sakini Araz çayında batdı
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim