Energetika Nazirliyində yeni komissiya yaradılıb
XƏBƏR / 12.01.2018 10:09
Azərbaycan Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili və Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə əlaqədar Energetika Nazirliyində Təhvil-təslim Komissiyası yaradılıb.
Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Komissiyanın yaranmasında məqsəd kommunal xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafı, enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin sahibkarlar üçün əlçatanlığının təmin edilməsidir. Ölkə Prezidentinin "Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 22 dekabr 2017-ci il tarixli fərmanının müvafiq bəndinə uyğun olaraq, Agentlik Vergilər Nazirliyində dövlət qeydiyyatından keçirilib və ləğvetmə prosesinə başlanıb. Sözügedən fərman əsasında qəbul edilmiş Nazirlər Kabinetinin 2017-ci il 27 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyinin 1 yanvar 2018-ci il tarixli əmri ilə yaradılmış Təhvil-təslim Komissiyasına İdarələrin istifadəsində olan əmlakın Agentliyin balansına verilməsini təmin etmək, qiymətləndirmə prosesində iştirak, inventarlaşdırma aparmaq, Agentliyin nizamnamə fondunun dəqiqləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və bu prosesdən irəli gələn digər tədbirləri həyata keçirmək tapşırılıb. Qeyd edək ki, Agentliyin strukturu və işçilərin say həddi təsdiq olunana qədər ləğv edilmiş idarələrin əməkdaşlarının öz funksiyalarını qanunvericiliyə və vəzifə təlimatlarına uyğun olaraq yerinə yetirmələri nəzərdə tutulub.Oxunub: 332
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:17 Azərbaycan nefti ucuzlaşıb
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim