Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edildi - SƏRƏNCAM
XƏBƏR / 01.02.2018 18:24
Prezident İlham Əliyev "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, görkəmli yazıçı, kinodramaturq və rejissor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov milli sənət xəzinəsini zənginləşdirən əsərləri ilə Azərbaycan mədəniyyəti salnaməsinə parlaq səhifələr yazıb. Onun bədii əsərlərini, eləcə də ssenariləri əsasında çəkilmiş filmləri oxucular və tamaşaçılar daim rəğbətlə qarşılanıb. Çoxəsrlik ənənələri olan Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 000 manat vəsait ayrılsın. 2. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri iki ay müddətində həll etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin etsin; 3.3. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş maliyyə vəsaitinin dövlət büdcəsindən ayrılmasını təmin etsin; 3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.Oxunub: 315
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
09:28 Yeni Zelandiyada güclü zəlzələ
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim