Azərbaycanda doluya qarşı raket-artilleriya bərpa oluna bilər
Cəmiyyət / 05.02.2018 09:39
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Atmosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) işlərinin təşkili və aparılması Metodikası”nın layihəsi hazırlanıb və aidiyyəti üzrə rəy və təkliflərin bildirilməsi məqsədilə Nazirlər Kabinetinə təqdim edilib.
XəzərXəbərxəbər verir ki, 2017-ci il ərzində ETSN tərəfindən görülmüş işlərin hesabatında bildirilib ki, 1967-1991-ci illərdə ölkə ərazisində həyata keçirilmiş doluya qarşı mübarizə tədbirləri və onların nəticələri haqqında ötən il hesabat hazırlanıb. Eyni zamanda, hazırda mövcud olan və ləğv olunmuş doluya qarşı mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb. Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeoroloji stansiyalarında mövcud olan radiolokasiya və raket-artilleriya vasitələri və onların texniki vəziyyəti qiymətləndirilib. Hesabatda qeyd olunub ki, hazırkı dövrə qədər 35 qeyri-filiz yatağı, o cümlədən 2 əhəngdaşı, 1 mergel, 2 qum, 10 qum-çınqıl, 3 gilcə, 1 qum-gil, 14 gil, 1 əqiq-xalsedon və 1 andezit-bazalt yatağı qiymətləndirilib. Belə ki, Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilərək ayrılıb. "Hesabat dövründə Azərbaycanın 7 iqlim bölgəsi üzrə ümumi sayı 13600-ə yaxın yarım sutkalıq, sutkalıq, iki sutkalıq, 5-10 günlük və aylıq hava proqnozu, Xəzər dənizinin 6 rayonu üzrə 12400 yarım sutkalıq, sutkalıq, iki sutkalıq, 5-10 günlük, Kür və Qanıx çayları üzrə 434 sutkalıq axım proqnozu, Kür çayının aşağı hissəsində üç məntəqə (Kür-Surra, Şirvan, Salyan) üzrə iki və üç sutkalıq 746 səviyyə proqnozu, 3 çay üzrə 36 ədəd ongünlük su sərfi proqnozu, 15 çay üzrə 12 ədəd aylıq proqnoz, Kür, Araz, Qanıx çayları üzrə 4 fəsillik axım proqnozu tərtib olunub. Abşeron dəniz rayonu üzrə 41-i təhlükəli, 14-ü xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında cəmi 174 xəbərdarlıq tərtib olunub”.Oxunub: 277
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
09:28 Yeni Zelandiyada güclü zəlzələ
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim