Seçki subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində ixtisaslaşdırılmış kursların önəmli rolu var
RƏSMİ / 19.02.2018 14:21
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihə çərçivəsində fevralın 19-da 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar başlayıb.
Dairə seçki komissiyasının sədri Hacı Əliyev kursların açılışında çıxış edərək MSK tərəfindən təşkil olunan kursların mühüm əhəmiyyətini vurğulayıb. DSK sədri tədbirdə iştirak edən MSK-nın üzvlərindən Şaitdin Əliyevin 70 illik yubileyi münasibətilə Prezidentin Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təbriklərini çatdırıb.
Hacı Əliyev 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasında ölkəmizdə prezident seçkiləri ilə bağlı hazırlıq işlərindən danışıb. Bildirib ki, 50 min 435 seçicisi olan dairə seçki komissiyasının ərazisində 37 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrində komissiya üzvlərinin normal fəaliyyəti üçün hər cür şərait yaradılır.
MSK-nın üzvü Şaitdin Əliyev seçki hüququnun daha geniş təbliği, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərin və MSK-nın yeni tərtib etdiyi Qaydaların öyrənilməsi məqsədilə geniş maarifləndirmə işinin təşkilinin önəmini vurğulayıb. Belə kursların ənənəvi olaraq təşkil edildiyini diqqətə çatdıran MSK üzvü deyib ki, Azərbaycanda seçki qanunvericiliyi daim təkmilləşdirildiyindən belə kursların da intensiv təşkilinə böyük ehtiyac yaranır. Artıq 12 namizədin MSK-da qeydiyyatdan keçdiyini deyən Ş.Əliyev seçki komissiyalarının subyektləri arasında əlaqələrin daha da gücləndirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi baxımından kursların vacibliyini qeyd edib. MSK-nın tərtib etdiyi yeni Qaydaların dairə seçki komissiyalarına göndərildiyini vurğulayan Ş.Əliyev Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
MSK-nın üzvü Tofiq Həsənov iştirakçılara səsvermə prosesində yerli və beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin fəaliyyətinə şərait yaradılması və s. mühüm məsələlər barədə ətraflı məlumat verib. T.Həsənov bildirib ki, respublikamızda azad, şəffaf və ədalətli seçkilərin uğurlu təşkili üçün lazımi şərait yaradılıb. Azərbaycan Respublikasının qanunvericiliyində seçkilərdə aktiv və passiv iştirakla bağlı bütün hüquqlar tam təmin olunub. Seçkilərdə məntəqə seçki komissiyalarının sədrlərinin də üzərinə mühüm və məsuliyyətli vəzifə düşdüyünü qeyd edən MSK üzvü bu baxımdan onların tam hazırlıqlı olmasının vacibliyini diqqətə çatdırıb.
Kursun birinci günündə seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri barədə məlumat verilib.
İxtisaslaşdırılmış kurslar çərçivəsində keçirilən seminarlarda, həmçinin referenduma hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən də ətraflı danışılıb.
Fevralın 21-dək davam edəcək kurslar 27 saylı Sabunçu ikinci və 28 saylı Sabunçu üçüncü seçki dairələri dairə seçki komissiyalarında da keçirilir.
Oxunub: 282
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim