VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
RƏSMİ / 21.02.2018 12:01
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Qış Məktəbinin dünyanın 17 ölkəsindən olan iştirakçıları fevralın 12-18-də bir araya gəldiklərini qeyd edirlər. Onlar Prezident İlham Əliyevin sərəncamları əsasında Azərbaycanda 2016-cı ilin "Multikulturalizm İli”, 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan olunmasının, eləcə də mədəniyyətlərarası dialoqun əsas platforması olan "Bakı Prosesi”nin 10 illiyinin bəyan edilməsinin Azərbaycanın multikultural və tolerant dövlət olduğunu aydın şəkildə göstərdiyini vurğulayırlar.
"Qış məktəbi ərzində iştirak etdiyimiz tədbirlər, görüşdüyümüz insanlar və səfər etdiyimiz müxtəlif yerlər bütün millətlərin və dini etiqadların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir ölkə kimi Azərbaycan haqqında biliklərimizi dərinləşdirdi və möhkəmləndirdi. Biz, Azərbaycandan və 16 ölkədən olan nümayəndələr, Azərbaycanın Gənc Dostları Klubunun üzvləri olaraq multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti və bu istiqamətdə aparılan dövlət siyasəti haqqında öz fikirlərimizi və təəssüratlarımızı paylaşmaq məqsədilə bu məktəbə gəldik”, - deyə müraciətdə qeyd edilir.
Dünyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 7 filialının fəaliyyət göstərdiyi, bu yaxınlarda daha bir filialın da ABŞ-da açıldığı vurğulanan müraciətdə Qış Məktəbinin iştirakçıları bildirirlər: "Azərbaycan, o cümlədən onun multikultural dəyərləri, zəngin tarixi və mədəniyyəti haqqında doğru məlumatları dünyaya yaymaqla bağlı fəaliyyətimizi davam etdirmək həvəsi və qətiyyəti ilə bu ölkəni tərk edirik”.
Sonda VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə dərin ehtiramlarını bildirirlər.
Xatırladaq ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 17 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Moldova, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edib.
Artıq ənənəyə çevrilən Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın dairəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Oxunub: 358
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim