Ermənistanın yeni prezidenti kimdir? – Sarkisyanın hakimiyyət oyunları…
Dünya / 03.03.2018 10:03
Bu gün Ermənistan parlamenti gizli səsvermə ilə ölkənin yeni prezidentini seçib. Bu, Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri, həmçinin keçmiş baş nazir Armen Sarkisyandır. 64 yaşlı siyasətçinin namizədliyini prezident Serj Sarkisyan və hakim Respublikaçılar Partiyası irəli sürmüşdü.
Strateq.az-a istinadən xəbər verir ki, onun namizədliyini parlamentdəki 100 deputatdan 90-nı dəstəklədi, müxalif "Çıxış” blokunu təmsil edən 10 deputat isə Armen Sarkisyanın əleyhinə səs verdi.
A.Sarkisyan prezident postuna irəli sürülən yeganə namizəd idi. Yeni prezident öz səlahiyyətlərinin icrasına aprelin 9-da başlayacaq. Həmin gün hazırkı prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatmış olacaq.Aprelin 9-u həm də yeni baş nazirin adı açıqlanacaq. Bütün hakimiyyət məhz bu şəxsin əlində cəmlənəcək.
Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament üsul- idarəsinə keçir.Bundan sonra prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.
Artıq Ermənistanda prezident 7 illiyinə seçiləcək və bu postu cəmi bir dəfə tuta biləcək. Prezident paralel olaraq hər hansı başqa fəaliyyətlə, o cümlədən sahibkarlıqla məşğul ola bilməz. Ölkə başçısı eyni zamanda hər hansı partiyada təmsil oluna bilməz.

Serj Sarkisyan, Armen Sarkisyan
Son ana qədər müxalifət dəyişiklikləri tənqid edir və Konstitusiya Məhkəməsini prezidentin parlamentdə seçilməsinin qanunazidd olduğunu tanımağa çağırırdı.
"Çıxış”blokunun rəhbəri Nikol Paşinyan prezidentin əvvəllər olduğu kimi, ümumxalq səsverməsi yolu ilə seçilməsini təklif etmişdi. Təkliflə Konstitusiya Məhkəməsinə müraciət etmək üçün 21 deputatın imzası lazım idi ki, müxaliflər onu toplaya bilməmişdi.
Yerli politoloqlar deyir ki, müxalifət 2015-ci ilin konstitusion dəyişikliyi ilə heç vaxt razı olmayıblar. Onların fikrincə, bu yenilik prezident Sarkisyan tərəfindən öz hakimiyyətini qoruyub saxlamaq üçün ortaya atılıb:"Bütün idarəetmə səlahiyyətləri baş nazirdə olacaq. Baş nazir də böyük ehtimalla Serj Sarkisyan olacaq”.
Deyilənlərə görə, hazırda hakim Respublikaçılar Partiyası qanunda korrektələr apararaq prezidentin səlahiyyətlərini baş nazirin xeyrinə daha da məhdudlaşdırmağa çalışır.Planlaşdırılan dəyişikliklərə görə, prezident bundan sonra Milli Təhlükəsizlik Şurasının üzvü ola bilməyəcək. Onun yerini baş nazir tutacaq.
Prezidentin daha bir səlahiyyəti məhdudlaşdırılır. Artıq prezidentin əfv təklifi vermək səlahiyyəti olmayacaq. Təklifin verilməsi və ya bundan imtina edilməsi məsələsinə baş nazir baxacaq.
"Çıxış” bloku hesab edir ki, hakimiyyət gələcək baş nazirin səlahiyyətlərinin hazırkı prezidentin (Serj Sarkisyan) belə, səlahiyyətlərindən böyük olması üçün çalışır.
Yerli ekspertlərin fikrincə, yeni prezidentin namizədliyi Serj Sarkisyanın son illərdəki siyasəti ilə tamamən uzlaşır:"Əsas postlara Ermənistandakı qalmaqallara qarışmayan, hakimiyyətə sıx bağlılığı olan şəxslər təyin olunanda ictimaiyyətin də reaksiyası mənfi olmur”.

Armen Sarkisyan ailəsi ilə
Bəzi ekspertlər isə deyir ki, bir çox rusiyameylli erməni siyasətçidən fərqli olaraq Armen Sarkisyan qərbyönümlüdür: "Onun həm Rusiya, həm də uzun zaman işlədiyi Avropa ölkələri ilə yaxşı münasibətləri var”.
İndi Rusiya üçün də daha vacibi baş nazirin kimliyidir. Çünki bütün vacib qərarların müəllifi məhz baş nazir olacaq. Ona görə hazırda Ermənistanda kimin prezident olmasının Moskva üçün elə bir fərqi yoxdur. Kremlin istədiyi odur ki, hakimiyyətdə kim olursa-olsun, siyasətini onunla razılaşdırsın.
Beynəlxalq əlaqələr və təhlükəsizlik üzrə ekspert Ruben Meqrabyanparlament üsul-idarəsinə keçidin prezidentin səlahiyyətlərini azaldacağını bildirib. Onun sözlərinə görə, Serj Sarkisyan prezident kürsüsünü güzəştə getsə də, icraedici hakimiyyətin rıçaqlarını əlində saxlayır. Üstəlik rezidensiyanı da, yeni prezidentə təhvil vermir:"Armen Sarkisyan siyasi meydandakı hazırkı güclər nisbətində nəyisə dəyişmək və ya güc qütbünə çevrilmək imkanında deyil. O, xalq tərəfindən seçilmiş prezident deyil. Armen Sarkisyanı parlament seçib və o hər zaman hesabat verməlidir. Üstəlik o, hakimiyyət tərəfindən irəli sürülmüş namizəddir. Ona qabağa verməyiblər ki, öz iradəsi ilə nəsə etsin. Sadəcə görüntü yaratmalıdır ki, ölkədə nəsə dəyişir. Digər tərəfdən, Armen Sarkisyan 90-cı illərdə qısamüddətli də olsa ölkənin baş naziri olub. Onun Rusiya və Qərb ölkələrində uğurlu biznesi olub. Təşkilatçılıq qabiliyyəti, opponentlərlə dil tapmaq bacarığı sistemə Rusiya və Qərblə münasibətlərdə daha geniş manevr üçün kömək edə bilər. Lakin onun imkanlarını şişirtməyə də dəyməz. Çünki siyasəti baş nazir müəyyənləşdirəcək. Baş nazir də böyük ehtimalla Serj Sarkisyan olacaq”.
Oxunub: 326
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim