MSK treninqlərə başlayıb
XƏBƏR / 05.03.2018 09:32
Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı layihələr gerçəkləşdirməkdədir.
Carci.tv məlumat verir ki, martın 5-dən etibarən növbəti layihəyə - aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq”lərə start verilib. Xatırladaq ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənmiş treninq layihəsinin əsası hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində qoyulub və ilbəil təkmilləşdirilərək 2008-ci ildən sonra daha da genişləndirilib.
Bu il də MSK ikimərhələli treninq proqramı hazırlayıb. Martın 5-dən başlanmış birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və martın 6-sı, 7-si və 9-u da daxil olmaqla, 4 gün davam etməsi nəzərdə tutulur. Müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə keçirilən "Trenerlər üçün treninq”də iştirakçılara təqdimat bacarıqları, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla bütün səsvermə günü prosedurları barədə müfəssəl məlumat verilir. Tədbir zamanı həmçinin, MSK-nın Treninq Qrupunun mütəxəssisləri tərəfindən bir sıra aktual mövzularla bağlı çoxsaylı praktiki məşğələlər keçirilir, seçki günü müxtəlif səsvermə prosedurları səhnələşdirilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.
Treninqlərin ikinci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqi isə martın 12-dən başlayaraq seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq qaydada, təqribən on gün davam edəcək. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb və treninqlərin əyani vəsaitlərdən də istifadə edilməklə, kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Treninq layihəsinin birinci mərhələsində əhatə olunan mövzularla eyni səpkidə aşağı seçki komissiyalarının üzvləri üçün təşkil ediləcək treninqlərdə seçki günü prosedurları ilə bağlı tam təfsilatlı məlumat veriləcək.
Aşağı seçki komissiyaları üzvlərinin treninqi zamanı hər bir məntəqə seçki komissiyası üzvünə təqdim edilməsi məqsədilə həmçinin, "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri də hazırlanıb.
Kifayət qədər irimiqyaslı maarifləndirmə tədbiri olan treninqlərin ümumilikdə 32000-dən artıq komissiya üzvünü əhatə etməsi nəzərdə tutulur.
Oxunub: 324
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim