Azərbaycanda ödənişli yol nə vaxt istifadəyə veriləcək? - VİDEO
CANLI TV / 17.03.2018 20:15
Son illər ölkədə həyada keçirilən iri miqyaslı layihələrdən bir çox məhz yol infrastruturunun müasirləşməsi ilə bağlıdır. Qafqazda bir ilk olan ödənişli yolun may ayının sonuna qədər istifadəyə verilməsi gözlənilir. Artıq tariflərlə bağlı da müəyyən parametrlər müəyyənləşib. Bu barədə Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov Xəzər Televiziyasına müsahibəsində bildirib. Agentliyin rəhbəri Şamaxı yolundakı sürüşmə probleminin birdəfəlik həllini nəzərdə tutan yeni layihədən də danışıb.
Ələt ərazisindən cənub istiqamətində Astaraya qədər inşa olunan ödənişli yolla bağlı işlər yekunlaşmaq üzrədir. Ödəniş sisteminin hansı formada həyata keçirilməsi ilə bağlı hazırda işlər aparılır. Bununla bağlı tender keçirilib və Cənubi Koreyanın bir şirkəti ilə razılaşma əldə olunub. Həmin şirkətlə bütün detallar tam razılaşdırıldıqdan sonra layihənin son forması hökumətə təqdim ediləcək. Bu barədə açıqlama verən Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov bildirib ki, həmin şirkət yolda turniketlər qurulması və digər öədniş sisteminin tətbiqini həyata keçirəcək.
Qeyd edək ki dünya praktikasında ödənişli yolllar adətən mövcud olan yollara alternativ təşkil edir. Azərbaycanda da bu prinsip əsas götürülüb. Belə ki ödənişli yol mövcud Bakı-Ələt-Astara yolunun alternativi olacaq. Amma təbii ki bu yolun müəyyən üstünlükləri olacaq. Saleh Məmmədov deyir ki, yeni yolun məsafə baxımdan qısa və daha rahat olması istifadəçilərə vaxt və yanacaq baxımdan daha sərfəli olacaq. Tariflər müəyyənləşdirildikdə də elə bir məbləğ seçiləcək ki, istifadəçilər üçün sərfəli olsun.
Agentliyin rəhbəri həmçinin daha bir böyük layihə ilə bağlı da məlumat verib. Bu isə Bakı-Şamaxı-Yevlax magistral yolunda tez tez baş verən sürüşmə və çökmə probleminin birdəfəlik həllini nəzərdə tutur. Hazırlanan layihəyə əsasən bu yolda viyaduklardan istifadə edilə bilər.
Bununla da bağlı təkliflər hökümət tərəfindən təsdiq olunarsa yaxın gələcəkdə işlərə başlanılacaq. Bu layihənin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yol Balakəndən Gürcüstan sərhəddinə olan magistralın bir hissidir.
Oxunub: 327
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim