Prezident İlham Əliyev: “İslahatlar davam etdiriləcək” - VİDEO
RƏSMİ / 10.04.2018 09:29
Bu ilin birinci rübü ərzində ölkəyə 3,5 milyard dollar investisiya qoyulub.
Xezerxeber.az-in məlumatina görə,bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin birinci rübün yekunlarına həsr olunmuş iclasında deyib.
Dövlət başçısı Azərbaycanın iqtisadi inkişafının uğurla davam etdiyini və hesabat dövrü ərzində 34 min yeni iş yerinin açıldığını bildirib.
Prezident İlham Əliyev cari ilin birinci rübünün nəticələrini yüksək qiymətləndirib. Bildirib ki, bu dövr həm Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, həm də iqtisadi inkişaf baxımından uğurlu olub. Azərbaycanın 6-cı qlobal Bakı Forumuna və Qoşulmama Hərakatının xarici işlər nazirlərinin konfransına ev sahibliyi etdiyini deyən dövlət başçısı, bu müddət ərzində 7 dövlət və hökümət başçısının ölkəmizə səfər etdiyini xatırladıb.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunan dövlət başçısı bildirib ki, münaqişənin həlli üçün hüquqi baza formalaşıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı konfransında qəbul edilən qətnamə də beynəlxalq hüquqa və ədalət prinsiplərinə uyğundur.
Birinci rübüdə əldə olunan iqtisadi inkişafdan bəhs edən prezident İlham Əliyev bildirib ki, ölkəyə 3,5 milyard dollar həcmində investisiya qoyulub və 34 min yeni iş yeri açılıb. Dövlət başçısı qeyri-neft sənayesi və aqrar sahədəki inkişafı xüsusi vurğulayıb.
Prezident yekun çıxışını qarşıda duran məsələlərə həsr edib. Bildirib ki, islahatlar davam etdiriləcək. Qeyri-neft sektoru və kənd təssərüfatı sahəsinin inkişafı yenə də diqqət mərkəzində olacaq. Bunun üçün biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafına daha geniş şəraitin yaradılması işləri davam etdirilməlidir.
Prezident, yeni "ASAN xidmət" mərkəzlərinin açılması, turizmin inkişafı, dəmiryol infrastrukturunun yenidən qurulması, avtomobil yollarının çəkilməsi, qazlaşdırmanın davam etməsi, içəmli su təchizatının yaxşılaşdırılması, yeni elektrik stansiyalarının tikilməsi ilə bağlı tapşıqırlar verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 348
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
10:39 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:11 Xalq artisti Təranə Muradova: "Heydər Əliyevin təşəbbüsü ilə "Uzundərə" yeni nəfəs qazandı"
10:07 Manşet.az xəbər portalı beş yaşını qeyd edir
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
09:28 Yeni Zelandiyada güclü zəlzələ
09:17 Azərbaycan nefti ucuzlaşıb
09.06.2026
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
09:59 İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
10:23 Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim